| Hidayət Rüstəmov | |
|---|---|
| Hidayət Eldar oğlu Rüstəmov | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Xıdırlı, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Meşəli, Şuşa rayonu, Azərbaycan |
| Vəfat səbəbi | şəhid |
| Dəfn yeri | Ağdam Şəhidlər Xiyabanı |
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü |
|
| Rütbəsi |
|
| Döyüşlər |
|
| Təltifləri | |
Hidayət Rüstəmov (19 avqust 1970, Xıdırlı, Ağdam rayonu – 23 dekabr 1991, Meşəli, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirən Hidayət daha sonra Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1991-ci il Ağdam rayonu Daxili İşlər Şöbəsinin post–patrul alayına daxil olur.
Döyüşlərdə iştirakı
Vətənimizin cəsur övladı qaynar döyüşlərə girərdi. Şərəfli döyüş yolu keçən Hidəyət bu yolda çox yürüyə bilmədi. 23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət qəfil sərrast atəşlərlə erməni quldurlarının xeyli qüvvəsini məhv etdi. Murdar erməni faşistləri evə od vurdular. Qorxunun nə olduğunu bilməyən Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşdu və qəhrəmancasına həlak oldu.
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Həmçinin bax
- Birinci Qarabağ müharibəsi
- Erməni terrorizmi
- Azərbaycanlıların Soyqırımı Günü
- 19 avqustda doğulanlar
- 1970-ci ildə doğulanlar
- 21 yaşında vəfat edənlər
- 23 dekabrda vəfat edənlər
- 1991-ci ildə vəfat edənlər
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Ağdam rayonunda doğulanlar
- Xocalı rayonunda vəfat edənlər
- Ağdamda doğulanlar
- Şuşada vəfat edənlər
- Ağdam Şəhidlər Xiyabanında dəfn olunanlar
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
