Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Hikmət Fərhad oğlu Hacıyev (15 oktyabr 1979, Kirovabad) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiya

Hikmət Hacıyev

  • Ana Səhifə
  • Hikmət Hacıyev

Hikmət Fərhad oğlu Hacıyev (15 oktyabr 1979, Kirovabad) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri.

Hikmət Hacıyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Vəzifədədir
29 noyabr 2019-cu ildən
Prezidentİlham Əliyev
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Vəzifədədir
26 noyabr 2018-ci ildən
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri
19 sentyabr 2014 – 18 sentyabr 2018
NazirElmar Məmmədyarov
ƏvvəlkiElman Abdullayev
SonrakıLeyla Abdullayeva
Şəxsi məlumatlar
Doğum tarixi 15 oktyabr 1979(1979-10-15) (46 yaş)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti diplomat

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20192019 "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı — 20182018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Hikmət Fərhad oğlu Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.

Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışmışdır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.

2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıtmışdır. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir.

Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.

18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, 26 noyabr 2018-ci ildə isə bu şöbənin müdiri, 29 noyabr 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin olunmuşdur.

Rus, türk, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.

Təltifləri

  • "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı — 9 iyul 2018
  • 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 9 iyul 2019
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Zeynəb Xanlarova

  • Mart 26, 2026

    Azərbaycan gerbi

  • Mart 27, 2026

    Ruhəngiz Allahverdiyeva

  • Mart 27, 2026

    Alqoritm

  • Mart 28, 2026

    Vaqif Axundov

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst