Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hitçens ülgücü (ing. Hitchens's razor) — yazıçı Kristofer Hitçens tərəfindən ifadə edilən epistemoloji ülgücdür və iddianın həqiqiliyinə dair sübut yükünün iddi

Hitçens ülgücü

Vikipediya, azad ensiklopediya

Hitçens ülgücü (ing. Hitchens's razor) — yazıçı Kristofer Hitçens tərəfindən ifadə edilən epistemoloji ülgücdür və iddianın həqiqiliyinə dair sübut yükünün iddianı irəli sürənə aid olduğunu ifadə edir. Bu öhdəlik yerinə yetirilmirsə, iddia əsassızdır və iddianın opponentlərinin onu rədd etməsi üçün daha çox müzakirəyə ehtiyacları yoxdur. Hitçens ülgücü "Dəlil olmadan iddia edilə bilən, dəlil olmadan rədd edilə bilər" şəklində ifadə etmişdir.

Mənşə

Jurnalist, müəllif və məşhur ateist Kristofer Hitçens in adını daşıyan konsepsiya, Okkkamın ülgücünə bənzəyir. Ülgüc Hitçensin 2007-ci ildə nəşr olunan Tanrı Böyük deyil: Din Hər Şeyi Necə Zəhərləyir adlı kitabında yer alır. Fövqəladə olmayan iddialara belə baş vurmaq yerinə, Saqan standartından ("Fövqəladə iddialar fövqəladə dəlil tələb edir") daha güclü bir mövqe tələb edir.

Ülgüc 19-cu əsrdə istifadə olunan quod grātīs asseritur, grātīs negātur (sübutsuz iddia olunan, sübutsuz rədd edilə bilər) latınca atalar sözü ilə müqayisə edilmişdir.

Həmçinin bax

Üst