Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Horadiz və ya Kənd Horadiz— Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kənd inzibati ərazi dairəsində kənd.

Horadiz (kənd)

  • Ana Səhifə
  • Horadiz (kənd)

Horadiz və ya Kənd Horadiz— Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kənd inzibati ərazi dairəsində kənd.

Horadiz
39°27′04″ şm. e. 47°14′08″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Füzuli rayonu
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1927
Xəritəni göstər/gizlə
Horadiz xəritədə
Horadiz
Horadiz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır.

Mündəricat

Tarixi

Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. 1993-cü il sentyabrın 3-də kənd Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin işğalına məruz qalmışdır.

27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. Horadiz kəndi Füzuli rayonunun dörd kəndi ilə birlikdə azad olunmuşdur.

Etimologiyası

"Qoradüz" adının danışıqda təhrifidir. Türk dillərində kora, qora, qura, monqolca xürz "yarım oturaq həyat tərzi keçirən maldarların qışlaq yerində müvəqqəti evləri və təsərrüfat "gecələr malqara salqmaş üçün hasırlanmış yer" və düz (düzən yer) sözlərindən ibarətdir. Cənubi Qafqazın türk toponimiyasında kora (qora) sözü sonralar "kara" və "qara" formalarında bir sıra dərə, təpə və düzən adlarında əksini tapmışdır. XVII əsrdə Naxçıvanda Kürədiz. Şamaxı rayonunda Horadil (kora, qora və ərəb dilində tel "təpə" sözlərindən) dağ adında və Abşeronda Goradil (kora, qora və ərəbcə tel "təpə" sözlərindən) kənd adları mənaca eynidir.

Əhalisi

Kənd əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olmşdur.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Həmçinin bax

  • Horadiz
  • Füzuli rayonu
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 09, 2026

    Borçalı qəzası

  • Aprel 03, 2026

    Həsən Zeynalov

  • Aprel 08, 2026

    Transparency International

  • Aprel 03, 2026

    Silahlı Qüvvələr

  • Mart 28, 2026

    Əhməd Ağdamski

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst