| Hüseyn Dehqan | |
|---|---|
| |
Vəzifədədir | |
| 19 mart 2026-cı ildən | |
| Əvvəlki | Əli Laricani |
| 15 avqust 2013 – 20 avqust 2017 | |
| Əvvəlki | Əhməd Vahidi |
| Sonrakı | Əmir Hatəmi[d] |
| 8 may 2004 – 17 iyul 2009 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Məsud Zərifaban[d] |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 2 mart 1957 (69 yaş) |
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, mühəndis, hərbi qulluqçu |
| Dini | İslam |
| Hərbi xidmət | |
| Qoşun növü | İslam İnqilabı Keşikçiləri Korpusu |
| Döyüşlər |
|
| Rütbəsi |
|
| | |
![]() | |
Hüseyn Dehqan Pudeh (fars. حسین دهقانی پوده; 2 mart 1957) və ya Hüseyn Dehqan — İran siyasətçisi və keçmiş hərbi qulluqçusu. O, 2023-cü ildən etibarən Müstəzəflər Fondunun rəhbəri vəzifəsini icra edir.
O, əvvəllər İranın müdafiə naziri olmuşdur. Bu vəzifəyə prezident Həsən Ruhani tərəfindən 4 avqust 2013-cü ildə namizəd göstərilmiş və 15 avqustda parlament tərəfindən təsdiq edilmişdir. O, bu vəzifədə 20 avqust 2017-ci ilə qədər qalmışdır.
Erkən həyatı və təhsili
Dehqan 1957-ci ildə İsfahan ostanının Dehagan şəhristanının Şəhrza şəhərinin yaxınlığında yerləşən Pudeh kəndində anadan olmuşdur. O, Tehran Universitetində idarəetmə üzrə fəlsəfə doktoru (PhD) dərəcəsi almışdır.
Karyerası və fəaliyyəti
Dehqan İran İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) və onun hava qüvvələrində komandan kimi xidmət etmişdir. O, 1979-cu il İran İslam İnqilabından qısa müddət sonra doğma şəhərini tərk edərək Tehrana getmiş və SEPAH-a qoşulmuşdur. SEPAH-da tutduğu vəzifələrə SEPAH-ın Tehran bölməsinin komandanı (1980–1982), SEPAH-ın İsfahan, Suriya və Livan bölmələrinin komandanı (1982–1983) və SEPAH Kooperativlər Fondunun baş direktoru (1996) daxildir.
İran-İraq müharibəsi zamanı o, Möhsün Rezayi, Yəhya Rəhim Səfəvi və Əli Şəmxani ilə bərabər SEPAH-ın aparıcı və qərar qəbul edən komandirlərindən biri olmuşdur. Suriya və Livanda SEPAH-ın təlim korpusunun komandanı olmuşdur. 1986-cı ildə SEPAH-ın hərbi hava qüvvələri komandanının müavini təyin edilmiş və 1990-cı ilin aprelində bu qüvvələrin komandanı olmuşdur. O bu vəzifədə 1992-ci ilə qədər qalmış və daha sonra isə həmin vəzifədə onu Məhəmməd Hüseyn Cəlali əvəz etmişdir. Dehqan 1992-ci ildə SEPAH Müştərək Qərargahının rəis müavini təyin edilmişdir. Sonradan ona briqada generalı rütbəsi verilmişdir.

Daha sonra o, 1997–2003-cü illərdə Məhəmməd Xatəminin prezidentliyi dövründə müdafiə naziri Əli Şəmxaninin müavini olmuşdur. 2003-cü ildə müdafiə nazirinin səlahiyyətlərini icra edən şəxs olmuşdur. 2005-ci ildə İranın vitse-prezidenti və şəhid ailələrinə yardım fondu olan "Bünyad Şəhid"in rəhbəri təyin edilmiş və bu vəzifədə 2009-cu ilin iyul ayına qədər xidmət etmişdir. Bundan əlavə, o, keçmiş prezident Mahmud Əhmədinejadında məsləhətçisi olmuşdur. 2009–2010-cu illərdə Silahlı Qüvvələrin Strateji Tədqiqatlar Mərkəzində Əli Şəmxaninin müavini olmuşdur. Daha sonra, 2010-cu ildə Məqsədliliyi Müəyyənetmə Şurasının siyasi, müdafiə və təhlükəsizlik komitəsinin katibi təyin edilmişdir. Həmçinin Parlament Sədri Əli Laricani və Tehran meri Məhəmməd Baqir Qalibafa da məsləhətçi kimi xidmət etmişdir. Lakin 2012-ci ildə Əhmədinejaddan uzaqlaşmış və Həsən Ruhaninin rəhbərlik etdiyi Mötədillik və İnkişaf Partiyasına qoşulmuşdur.
O, 4 avqust 2013-cü ildə müdafiə naziri postuna namizəd göstərilmişdir. O, məclis tərəfindən bu vəzifəyə təsdiqlənmiş və Əhməd Vahidinin yerinə təyin edilmişdir. Dehqan 269 lehinə və 10 əleyhinə səslə təsdiqlənmişdir. 22 avqustda keçmiş neft naziri Rüstəm Qasimi Dehqanın müşaviri təyin olunmuşdur. 1 avqust 2017-ci ildə Dehqan birinci Ruhani hökumətindən sonra müdafiə nazirliyindən ayrılacağını elan etmişdir. Hazırda Ali Lider Ayətullah Əli Xameneinin müşaviri kimi fəaliyyət göstərir.
O, 2021-ci il İran prezident seçkilərində öz namizədliyini irəli sürdüyünü elan etmişdir.
Sanksiyalar
2019-cu ilin noyabrında Dehqan ABŞ Dövlət Departamenti tərəfindən sanksiya siyahısına salınmış bir çox İran rəsmiləri arasında yer almışdır. Bu, onun 1983-cü ildə Beyrutdakı kazarma partlayışlarında SEPAH komandiri kimi iştirakı ilə əlaqələndirilirmişdir. Həmin hücumda, iddialara görə, Hizbullah döyüşçüləri tərəfindən 241 amerikalı əsgər öldürülmüşdür.
- 2 martda doğulanlar
- 1957-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Tehran Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- İran generalları
- İranın "Şücaət" ordeninin kavalerləri
- İranın kişi siyasətçiləri
- İran–İraq müharibəsi iştirakçıları
- İran müdafiə nazirləri
- İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalları