Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bağırov Hüseynqulu Seyid oğlu — Azərbaycan Respublikasının sabiq Ekologiya və Təbii Sərvətlər naziri (2001-2018), Azərbaycan Respublikasının sabiq Ticarət nazir

Hüseynqulu Bağırov

Vikipediya, azad ensiklopediya
Hüseynqulu Bağırov
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri
23 may 2001 21 aprel 2018
Əvvəlkivəzifə təsis olunub
SonrakıMuxtar Babayev
Azərbaycan Respublikasının
Ticarət naziri
18 aprel 2000 30 aprel 2001
Əvvəlkivəzifə təsis olunub
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi (70 yaş)
Doğum yeri
  • Quba, Quba rayonu, Azərbaycan
Təhsili Azərbaycan Dövlət Universiteti
İndiana Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni — 2015
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bağırov Hüseynqulu Seyid oğluAzərbaycan Respublikasının sabiq Ekologiya və Təbii Sərvətlər naziri (2001-2018), Azərbaycan Respublikasının sabiq Ticarət naziri (2000-2001).

Həyatı

Hüseynqulu Bağırov 17 dekabr 1955-ci ildə dünyaya gəlib. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.

Fəaliyyəti

1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib. 1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən Qərb Universitetinə rəhbərlik edib. 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Ticarət Naziri vəzifəsində işləyib. 2001-ci ildən 2018-ci ilə qədər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri olmuşdur. 2005-ci ildə Azərbaycan Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti seçilmişdir.

2008-ci ildə onun başçılığı ilə ilk Azərbaycan-Antarktida ekspedisiyası Bakıdan yola düşmüşdür.

2015-ci il dekabr ayının 16-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şöhrət ordeni ilə təltif edilmişdir.

Ailəsi

  • Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi işləmiş Mircəfər Bağırovun qardaşının nəvəsidir.

Həmçinin bax

  • Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Üst