Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hüsülü — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hüsülü kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir.

Hüsülü (Ağcabədi)

40°04′17″ şm. e. 47°17′56″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Hüsülü
40°04′17″ şm. e. 47°17′56″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağcabədi rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0416
Hüsülü xəritədə

HüsülüAzərbaycan Respublikasının Ağcabədi rayonunun Hüsülü kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir.

Tarixi

XIX əsrin əvvəllərində husulu Qarabağda maldarlıqla məşğul olan 13 ailədən ibarət kiçik elat olmuşdur. Husulu mənşəcə qızılbaşların ustaclı tayfasının tirələrindən biri idi. XVII əsrdə bu tirəyə mənsub ailələr Şəhsevənlərə qarıŞmış və Qarabağda yaşamağa başlamışdılar. Yayı Sarıyer və Qırxqız yaylaqlarında, qışı isə Qarabağ düzündə keçirən hüsülülər əvvəlcə indiki kənddən 1 km. aralıdakı Məşədi Ələkbər Suatı (suat "su götürülən yer" deməkdir) adlı yerdə məskunlaşmışdılar. XIX əsrin ortalarında Hacı Həsən adlı bir nəfər indiki kəndin yerində kəhriz qazmış və əhali də buraya köçüb məskunlaşmışdır.

Əhalisi

Əhalisinin sayı 4.199 (01.01.2007-ci il üçün)nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıqla məşgul olur. Kəndin dəliəhmədlilər, fətəlilər, pirilər, hacıusublular, eyvazlılar, qarağaclılar, mikayıllılar, qarakənd, sərxanlılar, xəlillilər, hüseynlilər, ərşəli, ağaməmmədlilər, oruclular, həsənlilər və başqa tayfaları vardır. Kəndə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana uşaq bağçası, poçt-rabitə şöbəsi, dəyirman, məscid, musiqi məktəbi, bərbərxanalar, aptek, bulaq, artezian, müxtəlif ticarət-iaşə obyektləri, park, stadion və s.var.

Abidələri

Kəndin ərazisində Qarabəytəpə, Fısqatəpə, Əhmədli təpəsi adlı mədəniyyət, arxeoloji abidələr var.

Din

Kənddə Hüsülü kənd məscidi dini icması fəaliyyət göstərir.

Üst