Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olmuşdur. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirmiş, Rostov Vilayətinin Novoçe

Musa Şəkiliyev

Vikipediya, azad ensiklopediya
Musa Şəkiliyev
Qax Rayon İcra Hakimiyyətinin başçısı
12 aprel 2010 – 21 iyun 2025
ƏvvəlkiTelman Quliyev
SonrakıElvin Paşayev
Şəxsi məlumatlar
Doğum tarixi 23 sentyabr 1959(1959-09-23) (66 yaş)
Doğum yeri
  • Qax, Qax rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Novoçerkassk Dövlət Meliorasiya Akademiyası[d]

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Musa Şəkiliyev (23 sentyabr 1959, Qax) — Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı (2010–2025).

Həyatı

Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olmuşdur. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirmiş, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olmuş və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirmişdir. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlamışdır. O, 1981–1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986–1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002–2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləmişdir.

Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

20 iyun 2025-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyat çərçivəsində saxlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 21 iyun 2025-ci ildə vəzifəsindən azad edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var

Həmçinin bax

Üst