| Hələb şamı | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çılpaqtoxumlular Şöbə: İynəyarpaqlılar Sinif: İynəyarpaqlılar Yarımsinif: İynəyarpaqlılar Dəstə: İynəyarpaqlılar Fəsilə: Şamkimilər Yarımfəsilə: Şamkimilər Cins: Şam Növ: Hələb şamı | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Hələb şamı (lat. Pinus halepensis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Arealı
Aralıq dənizi ölkələri, İspaniya, Fransa, Almaniya, o cümlədən Şimali Afrika, Suriya, Fələstində yabanı halda bitir.
Botaniki xarakteristikası
Hündürlüyü 25 m-ə, diametri 50 sm-ə çatan, düz və ya əyrigövdəli ağacdır. Cavan ağacların çətiri sıx, oval-konusvarı və ya piramidaldır. Budaqları uzun elastik, iynəyarpaqlarla örtülmüşdür, zoğları nazikdir, tumurcuqların uzunluğu 5–10 mm-ə çatır. İynəyarpaqları cüt cüt yerləşir, yumşaq və nazikdir, cavan iynəyarpaqlar açıq-yaşıl, yaşlı iynəyarpaqlar isə tünd yaşıl olub, kənarları hamar, ucları sivriləşmişdir. Yarpaq qını 5–8 mm uzunluqdadır. Qozaları meyvə saplaqlarından asılı halda yerləşir. 2-6 ədədi bir yerdə və ya tək təkdir. Cavan qozaları uzunsov-konusşəkilli və ya yumurtavarı, kürəvi formalıdır, yetişmiş qozaları isə sallaqdır. Bu qozalar qonurumtul qəhvəyi və ya qırmızı-qonur rəngdə olub, uzunluğu 7-10 sm, eni 3-5 sm-dir. Yetişmiş qozaların qalxancıqları iridir, ön hissəsi enli-dəyirmi, yastı və ya azca qabarıqdır, ortasında ellipsşəkilli və azca irəli çıxmış iri, boz göbəyi var, köndələn tili sivridir, boylama tili az nəzərə çarpır.
Qozalar aprel-may aylarında əmələ gəlir, üçüncü ilin yayında yetişir. Toxumları açıq-boz rəngdə, 5–7 mm uzunluqda, 4–5 mm enində, yumurtavarı, qeyri-müntəzəm romb və ya üçbucaq şəkilli, bir qədər yastılaşmışdır. Qanadı pərdəyəoxşar, açıq qonur rəngli, 2-3 sm uzunluqda və 6–9 mm enindədir. Quraqlığa, istiyə, şaxtaya davamlı, işıqsevən və torpağa qarşı tələbkar olmayan ağacdır. Külək vasitəsilə tozlanır. Toxumla çoxalır.
Hələb şamı sıra, qrup və tək əkinlərdə istifadə edilir. Hələb şamının qabığında 15 % tannin maddəsi vardır.
Azərbaycanda yayılması
Azərbaycanda mədəni şəraitdə Abşeron, Kürdəmir, Yevlax, Ucar, Sabirabad, Beyləqan, Şirvan, Biləsuvar, Lənkəran və s. yerlərdə rast gəlinir.
Sinonimləri
Heterotipik sinonimləri
- Pinus arabica Sieber ex Spreng.
- Pinus carica D.Don
- Pinus ceciliae Llorens & L.Llorens
- Pinus colchica Booth ex Gordon & Glend.
- Pinus genuensis J.Cook
- Pinus halepensis var. carica (D.Don) Carrière
- Pinus halepensis var. ceciliae (Llorens & L.Llorens) L.Llorens ex Rosselló, Cubas & N.Torres
- Pinus halepensis subsp. ceciliae (Llorens & L.Llorens) Silba
- Pinus halepensis var. genuensis (J.Cook) Antoine
- Pinus halepensis var. minor Antoine
- Pinus halepensis var. pendula P.P.Ferrer & R.Ferrer
- Pinus hierosolimitana Duhamel
- Pinus hispanica J.Cook
- Pinus loiseleuriana Carrière
- Pinus maritima W.T.Aiton
- Pinus maritima Mill.
- Pinus paroliniana Webb ex Carrière
- Pinus parolinii Vis.
- Pinus penicillus Lapeyr.
- Pinus pseudohalepensis Denhardt ex Carrière
Həmçinin bax
- Şam ağacı
- Dekorativ ağaclar
- Filip Miller tərəfindən adlandırılmış taksonlar
- Qırmızı kitaba görə az qayğı tələb edən növlər
- Təhlükədə olmayan növlər
- Afrika florası
