| Hənəfi Terequlov | |
|---|---|
| Məhəmməd Hənəfi Həsən oğlu Terequlov | |
| | |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 7 (19) noyabr 1877 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 18 dekabr 1942 (65 yaşında) |
| Vəfat yeri |
|
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | opera müğənnisi, aktyor, teatr xadimi, inqilabçı |
| Təhsili |
|
| Üzvlüyü |
|
| Mükafatları | |
Məhəmməd Hənəfi Həsən oğlu Terequlov (7 (19) noyabr 1877, Tiflis – 18 dekabr 1942, Bakı) — Azərbaycan aktyoru, opera müğənnisi, bariton, teatr xadimi və ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri.
Həyatı
Məhəmməd Hənəfi Terequlov 1877-ci il noyabrın 7-də (yeni təqvimlə 19-da) Tiflisdə anadan olmuşdur. Hənəfi Terequlov Zaqafqaziya Müəllimlər Seminariyasında pedaqoji təhsil alaraq həmin seminariyanın tam kursunu bitirmiş və ibtidai məktəb müəllimi adına layiq görülərək bu haqda şəhadətnamə əldə etmişdir. O,1900-cu ildən etibarən Bakı şəhər məktəblərində müəllimlik fəaliyyətinə başlamışdır. Bundan əvvəlki dövrlərdə isə Hənəfi Terequlov Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının 3 iyun 1899-cu il qərarına əsasən Əştərəkdəki məktəbdə müəllim vəzifəsinə təyin edilmişdir.
O, Tiflisdə apardığı bolşevik təbliğatına görə 1909-cu ildə növbəti dəfə həbs olunub.
Hənəfi Terequlov Əli Terequlovun, Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Terequlova-Hacıbəyovanın və Müslüm Maqomayevin həyat yoldaşı Baydıgül Terequlovanın qardaşıdır.
Filmoqrafiya
- Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rol: Vəli
- Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film)
- 19 noyabrda doğulanlar
- 1877-ci ildə doğulanlar
- Tbilisidə doğulanlar
- 18 dekabrda vəfat edənlər
- 1942-ci ildə vəfat edənlər
- 65 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları
- Əmək qəhrəmanları
- Əlifba sırasına görə musiqiçilər
- Musiqiçi qaralamaları
- Terequlovlar
- Azərbaycan tatarları
- Səssiz film aktyorları
- Azərbaycanın opera müğənniləri
- "Azərbaycanfilm" kinostudiyasının direktorları
- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri
- XX əsr Azərbaycan aktyorları