| Həsənqala | |
|---|---|
| |
| 41°34′50″ şm. e. 48°41′27″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Xaçmaz rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ 2715 |
![]() Həsənqala | |
Həsənqala — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qusarçay kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Kənd Samur–Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi Qusar rayonunun Həsənqala kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır.
Həsənqala kəndindəki qədim yaşayış məskəni ilk dəfə 1977-ci ildə aşkarlanıb. 2023-cü ildə Həsənqala kəndi ərazisində yerləşən “Həsənqala” təpəsində aparılan arxeoloji qazıntılar zamanı qiymətli tarixi maddi mədəniyyət nümunələri tapılıb. Aparılan qazıntı işləri zamanı erkən tunc dövrünə aid insan skeleti tapılıb. Maraqlı fakt odur ki, tapılan skeletin ayaq barmaqları olmayıb. Onun eramızdan əvvəl III minilliyə aid olduğu ehtimal olunur. Bundan əlavə arxeoloji qazıntılar zamanı ərazidən eramızdan əvvəl III minilliyə aid bəzəkli saxsı, sümükdən biz, döyüş daş baltası da aşkarlanıb.
Həmçinin bax
- Həsənqala döyüşü
- Həsənqala (Qusar)
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Xaçmaz rayonu qaralamaları
- Kənd qaralamaları
- Xaçmaz rayonunun kəndləri

