Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

II Mehti Tarkovski və ya II Mehti Tərkili (1742 – 1830) — 1797–1830-cu illərdə Tərki şamxalı, 1806–cı ildə Dərbənd xanı və 1800-cü ildən Rusiya İmperiyası gener

II Mehdi

Vikipediya, azad ensiklopediya
II Mehdi
1797 – 1830
ƏvvəlkiII Bammat
SonrakıSüleymanpaşa Tarkovski
Şəxsi məlumatlar
Doğum tarixi 1742(1742)
Vəfat tarixi 1830(1830) (87–88 yaşında)
Milliyyəti qumuq
Fəaliyyəti siyasətçi
Atası II Bammat[d]
Həyat yoldaşı
  • Pəricahan xanım
Uşaqları
Ailəsi Tarkovskilər
Hərbi xidmət
Qoşun növü süvari
Döyüşlər
Rütbəsi
  • general-leytenant

II Mehti Tarkovski və ya II Mehti Tərkili (1742 – 1830) — 1797–1830-cu illərdə Tərki şamxalı, 1806–cı ildə Dərbənd xanı və 1800-cü ildən Rusiya İmperiyası general-leytenantı olmuşdur.

Həyatı

1742-ci ildə Tərki şamxalı II Bammatın ailəsində dünyaya gəlmişdir.

Hakimiyyəti

1797-ci ildə imperator I Pavelin fərmanı ilə Mehdi şamxal təyin olunmuşdur. 18 iyun 1800-cü ildə Tərki şəhərində şamxal kimi Rusiya imperatoruna Quran qarşısında and içmiş, 19 iyul tarixində isə general-leytenant rütbəsini almışdır. 10 sentyabr 1806-cı ildə Dərbənd xanlığını idarə etmiş, həmin il imperator I Aleksandr tərəfindən rəsmi olaraq Dərbənd xanı təyin edilmişdir. Bu, Mehdinin Pəricahan xanım ilə evlənməsi və onun Şeyxəli xanın bacısı və xanlığın varisi olması ilə bağlı olmuşdur. 1830-cu ildə Sankt-Peterburqa irs məsələlərini həll etmək üçün səfər etmiş, geri dönərkən vəfat etmişdir.

Ailəsi

1796-cı ildə, rusların Dərbənddə olduğu dövrdə, Mehdi şamxal Quba xanı Fətəli xanın böyük qızı Pəricahan xanım ilə ailə qurmuş və bu evliliyindən iki övladı olmuşdur:

Sevdyük Bikə adlı xanımından övladları:

  • Oğulları — Əbumüslüm (Süleymanpaşadan sonra şamxallığı miras almışdır), Zübeyir.
  • Qızı — Aybət Bikə.

Ədəbiyyat

Üst