Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

IV Georq və ya IV Corc (ing. George IV, alm. Georg IV.‎; 12 avqust 1762[…], Vestminster, Böyük London – 26 iyun 1830[…]) — 19 yanvar 1820 – 26 iyun 1830-cu illə

IV Georq

Vikipediya, azad ensiklopediya
IV Georq
ing. George IV
Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının kralı
29 yanvar 1820 26 iyun 1830
ƏvvəlkiIII Georq
SonrakıIV Vilhelm
Şəxsi məlumatlar
Doğum tarixi 12 avqust 1762(1762-08-12)[…]
Doğum yeri
  • Vestminster, Böyük London, İngiltərə, Böyük Britaniya krallığı
Vəfat tarixi 26 iyun 1830(1830-06-26)[…] (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Müqəddəs Corc kilsəsi[d]
Atası III Georq
Anası Meklenburq-Strelitzli Şarlotta
Həyat yoldaşları
  • Braunşveyqli Karolina (1795-ci ildən)
Uşaqları
  • Uelsli Şarlotta Avqusta

Təltifləri Knight Grand Cross of the Military Order of William — 1818 "Qara qartal" ordeni I dərəcəli "Qırmızı qartal" ordeni Order of the Thistle Order of St Patrick Knight Grand Cross of the Order of the Bath "Müqəddəs Mixail və Georgi" ordeni "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni "Müqəddəs Aleksandr Nevski" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni "Qızıl yun" ordeninin cəngavər dərəcəsi Macarıstanın "Müqəddəs Stefan" kral ordeni "III Karl" ordeni Knight of the Order of the Holy Spirit "Cənubi xaç" ordeni Order of Pedro I "Müqəddəs Hubert" ordeni Grand Cross of the Order of the Tower and Sword Knight Grand Cross of the Royal Order of the Welfs — 1815 "Müqəddəs Yanuari" ordeni Order of Saint Ferdinand and of Merit "Santyaqo" ordeni Knight of the Order of Saint Michael Grand Cross of the Sash of the Three Orders "Corab bağı" ordeninin cəngavər dərəcəsi — 1771 "Fil" ordeninin cəngavər dərəcəsi — 1815
Monoqram Monoqramın şəkli
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IV Georq və ya IV Corc (ing. George IV, alm. Georg IV.; 12 avqust 1762[…], Vestminster, Böyük London26 iyun 1830[…]) — 19 yanvar 1820 – 26 iyun 1830-cu illəri arasında Britaniya kralı. Hannover sülaləsinin nümayəndəsi. Faktiki olaraq şahzadə regent kimi ölkəni atası III Georqun ruhi xəstəliyi ilə bağlı 1811-ci ildən 1820-ci ilə qədər IV Georq idarə edirdi.

Həyatı və hakimiyyəti

IV Georqun reqentliyi dövründə I Napaleon Bonapart məğlub edilir və uzunmüddətli müharibə Britaniyanın qələbəsi ilə bitir.

1795-ci ildə IV Georq Karolina Braunşveyqlə evlənir. Bu izdivacdan onun bir qızı — Şarlotta Avqusta dünyaya gəlir. IV Georq bütün Britaniya monarxları arasında ən populyar olmayanlarından idi. Onun haqqında çoxlu lətifələr gəzirdi. Xalq arasında IV Georqun həyat yoldaşı və qızı arasındakı problemləri haqqında rəvayətlər dolaşırdı. IV Georqun formalaşan bu mənfi obrazı müxtəlif karikaturalarda təsvir edilmişdir, lakin onu da qeyd etmək lazımdır ki, IV Georq çox alicənab, incəsənət sevən bir şəxs olub.

Artıq 1796-cı ildə IV Georq Karolinadan ayrılır. Bunun nəticəsidir 1820-ci ildə Georq-kiçik taxta çıxanda Karolinanın kraliça olmaq istəyi Lordlar palatasının etirazı ilə qarşılanır və buna icazə verilir. Çox keçmədən Karolina xəstəliyə tutularaq vəfat edir.

IV Georqun yeganə qızı, kralın varisi Şarlotta Avqust atasının hələ reqentliyi dövründə (1817) doğuş zamanı dünyasını dəyişir. IV Georq kral olduqdan sonra qardaşı Frederik vəliəhd seçilir.

Çoxuşaqlı III Georqun övladlarının ya evli olmaması, ya da uşaqsız olmaları nəsilin davamiyyətini təhlükə altına alırdı. Buna görə də kral sülalənin gənc üzvlərinə evlənəcəkləri təqdirdə onlara maliyyə yardımı ediləcəyini bildirdi. Bu qərar nəsillər arası çoxlu evliliklərin baş verməsinə səbəb oldu. Bu izdivaclar çox tez bir zamanda bağlandı.

Vəliəhd Frederik 1827-ci ildə vəfat etdi. IV Georqdan sonra hakimiyyətə III Georqun üçüncü oğlu Vilhelm gədi. 1837-ci ildə IV Vilhelmdən sonra həmin çoxsaylı evliliklərdən dünyaya gələn, Eduard Avqustun və Viktoriya Saksen-Koburq-Zaalfeldin qızı Aleksandrina Viktoriya Britaniya tacına sahib çıxdı.

Ədəbiyyat

  • Allen, W. Gore. King William IV. — London: Cresset Press, 1960. — 255 s.
Üst