Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kəllə-beyin zədələnməsi, Kəllə-beyin travması (qısaca KBT, yun. τραύμα — zədə), adından göründüyü kimi hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müşt

Kəllə-beyin zədələnməsi

Vikipediya, azad ensiklopediya
Kəllə-beyin zədələnməsi
Kompüter tomoqrafiyası müayinəsi: beyin kontuziyası, beyindaxili qansızma, subdural hematoma və kəllə sümüyünün sınığı
Kompüter tomoqrafiyası müayinəsi: beyin kontuziyası, beyindaxili qansızma, subdural hematoma və kəllə sümüyünün sınığı
XBT-10 S06.
XBT-9 800.0-801.9, 803.0-804.9, 850.0-854.1
DiseasesDB 5671
MedlinePlus 000028
eMedicine med/2820 neuro/153 ped/929
MeSH D001930
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəllə-beyin zədələnməsi, Kəllə-beyin travması (qısaca KBT, yun. τραύμα — zədə), adından göründüyü kimi hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müştərək zədələnməsi deməkdir. Kəllə-beyin zədələnməsi açıq və qapalı olmaqla iki yerə bölünür. Zərbə nəticəsində kəllə qapağının tamlığının pozulması ilə müşayiət olunarsa, onda bu açıq kəllə-beyin zədələnməsi, əks təqdirdə isə qapalı kəllə-beyin zədələnməsi adlanır. Kəllə-beyin zədəsi almış hər bir kəs nevroloji simptomların meydana çıxıb — çıxmamasından asılı olmayaraq beyin qanaxması kimi fəsadlaşmanı vaxtında müəyyən etmək üçün hospitalizə olunmalı və daimi nəzarətə götürülməlidir. Adından göründüyü kimi nəqliyyat və iş qəzaları, idman travmaları nəticəsində kəllənin almış olduğu zədələr nəticəsində baş verir.

Simptomlar
Beyin silkələnməsi
Kəllədaxili qanaxma

Qiymətləndirilməsi:

Kəllə-beyin zədələnməsinin ağırlıq dərəcəsi Qlasqo-Koma şkalası üzrə təyin edilir.

< 4 bal = 85% dəyişkən vegetativ status

< 8 bal = ağır beyin funksional pozğunluq

> 11 bal = 5–10% dəyişkən vegetativ status, 85% bərpa olunan zəif funksional pozğunluq

Klinik formaları

  • Beyin silkələnməsi — bu zaman beyinin funksiyasına təsir edəbiləcək pozğunluq aşkar edilmir. Meydana çıxmış simptomlar bir neçə gün ərzində itib getmiş olurlar.
  • Beyin zədələnməsi: yüngül, orta və ağır dərəcəli olur.
  • Diffuz aksonnal zədələnmə
  • Beynin sıxılması
  • Kəllədaxili qanaxmalar: Kəllə boşluğu qanaxmalar (subaraxnoidal, subdural, epidural hematomalar); beyindaxili qanaxmalar ya qansızmalar (parenximatoz və mədəciklərdaxili qansızmalar)

Simptomlar

  • Huşun pozulması: yaddaşın itməsi — amneziya, sopor, koma
  • Anizokoriya, çəpgözlük — lat. strabizm
  • Kəllə sinirlərinin zədələnməsini göstərən simptomlar beyinin sıxılması və zədələnməsinə işarədir.
  • Ocaqlı beyin zədələnməsini göstərən simptomlar beyinin sıxılması və zədələnməsinə ışarədir.
  • Beyin kötüyü simptomları beyinin sıxılması və zədələnməsinə ışarədir.
  • Meningial simptomlar beyinin zədələnməsinə ya da subaraxnoidal qanaxmaya işarədir.

Həmçinin bax

  • Xarici aksent sindromu
Üst