| Kərim Dünyamalıyev | |
|---|---|
| Doğum tarixi | 28 iyul 1953 (73 yaş) |
| Doğum yeri |
|
| Vətəndaşlığı | |
| Təhsili |
|
| Fəaliyyəti | yazıçı |
Dünyamalıyev Kərim Həmdulla oğlu (28 iyul 1953, Zizik, Quba rayonu) — yazıçı, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, müharibə veteranı.
Bioqrafiyası
1953-cü iyulun 28-də Quba rayonunun Zizik kəndində anadan olmuşdur. Kiyev rəssamlıq məktəbini (1981), Kiyev Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir (1985).
Azərbaycan Mədəniyyət Nazirliyinin təmir-tikinti idarəsində – "Bərpaçı"da rəssam, (1988–1991) işləmişdir. 1991–1995-ci illərdə könüllü olaraq xüsusi təyinatlı əlahiddə taburda zabit kimi xidmət etmiş, döyüş bölgələrində gedən döyüşlərin iştirakçısıdır. "Xəyal" MTRŞ-nin icraçı direktoru olmuşdur (2007–2008). Ondan çox kitabın müəllifidir. Kərim Dünyamalı 2005-ci ildə Həcc ziyarətində olub.
Əsərləri
- Borçalım mənim. Gəncə: Gəncə, 1994.
- Qələbəni odlu qəlb əldə edir. Bakı: Mütərcim, 2000.
- Qana boyanmış illər. Bakı: Mütərcim, 2002.
- İslam dini həyat nizamıdır. Bakı: [s. n.], ?
- Bir soyun taleyi. Bakı: Mütərcim. 2003.
- Vətən elin evidir. Bakı: [s. n.], 2007.
- Şeytan mərhəməti. Bakı: Mütərcim, 2007.
- Əsrlərdən gələn səslər. Nəsillərdən qalan izlər. Bakı: Mütərcim, 2009.
- Yaddaşlarda qorunan tarix. Bakı: [s. n.], ?
- Unutmayaq ki, unudulmayaq. Bakı: [s. n.], 2014.
- Cəbhə xatirələri (gördüklərim və bildiklərim). Bakı: [s. n.], ?
- Ölməzlər və ölümə məhkum olmuşlar: KOD 598. Bakı: [s. n.], ?
- 28 iyulda doğulanlar
- 1953-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Zizikdə doğulanlar
- Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Hacılar
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Azərbaycan memuarçıları