Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kərim İbadulla oğlu Odər (1901, Bakı – 19 noyabr 1981, Ankara) — Azərbaycan dövlət xadimi, Musavat Partiyasının III sədri.

Kərim Odər

Vikipediya, azad ensiklopediya
Kərim Odər
türk. Kerim Öder
Müsavat Partiyasının sədri
9 mart 1959 19 noyabr 1981
ƏvvəlkiMirzə Bala Məmmədzadə
SonrakıMəhəmməd Azər Aran
Azərbaycan Kültür Dərnəyinin sədri
3 mart 1957 2 dekabr 1962
ƏvvəlkiHəmid Ataman
SonrakıƏhməd Yaşat
Şəxsi məlumatlar
Doğum tarixi 1901(1901)
Doğum yeri
Vəfat tarixi 19 noyabr 1981(1981-11-19) (79–80 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Dəfn yeri
Partiya
  • Müsavat (Müsəlman Demokrat Partiyası)
Təhsili
  • Bakı Kommersiya Məktəbi,
  • Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsi[d]
Fəaliyyəti siyasətçi, müəllif, iqtisadçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kərim İbadulla oğlu Odər (1901, Bakı19 noyabr 1981, Ankara) — Azərbaycan dövlət xadimi, Musavat Partiyasının III sədri.

Həyatı

Kərim İbadulla oğlu Zeynalzadə 1901-ci ildə Bakıda anadan olub. Bakı Ticarət Liseyini bitirdikdən sonra, Azərbaycan Xalq Cumhuriyyəti (1918–1920) dövründə Xarici İşlər Nazirliyində özəl Qələm müdirliyi vəzifəsində çalışıb və o zaman Xarici İşlər naziri olan Nəsib bəy Yusifbəyli ilə yaxın münasibətdə olub. Həmin illərdə Kərim Odər gündüzlər işləyir, gecələr isə İqtisad fakültəsində təhsilini davam etdirirdi. 1920-ci il 27 aprel işğalından sonra Kərim Odər bir müddət Xarici İşlər Nazirliyindəki işində çalışıb, lakin sonradan bolşeviklərin terror rejimi ilə ölkəni idarə etdiklərini görüb Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Üç ilə qədər Tiflisdə qalan Kərim Odər burada iqtisad fakültəsini bitirib, bolşeviklərin əlinə keçməmək üçün Batuma qaçaraq oradan Türkiyəyə keçib. Bir müddət ticarətlə məşğul olan Kərim Odər, Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Osmanlı Bankında yeddi ilə qədər işləyib, müdir müavini olub, Mərkəzi Bankda işə qəbul edilib. Son iş yeri Sümerbank Ümum Müdirliyində, Bankacılık və Kredi İşlər Müdirliyində müşavir olan Kərim Odər 1966-cı ilə təqaüdə çıxıb.

Azərbaycan siyasi mühacirləri, 1930-cu illər. Ayaq üstə (soldan sağa): Mirzə Bala Məmmədzadə, Kərim Odər, Əli Azərtəkin, Hilal Münşi. Oturanlar: Abbasqulu Kazımzadə, Məhəmməd Əmin Rəsulzadə, Xosrov Sultanzadə

Kərim Odər rus, fransız dillərini sərbəst, fars, alman və ingilis dillərini isə orta dərəcədə bilirdi. Kərim Odər bir müddət Müsavat Partiyasının rəhbərliyində yer alıb, Partiya Məclisi sədri olub, eyni zamanda Azərbaycan Kültür Dərnəyinin Fəxri Başçısı adını alıb. 1976-cı ildə Azərbaycan Milli Mərkəzinin sədri Əbdülvahab Yurdsevərin vəfatından sonra Mərkəz rəhbərliyi də Kərim Odərə tapşırılıb.

Kərim Odərin "Azərbaycan" jurnalında və digər mətbuat orqanlarda çoxlu sayda məqalələri, yazıları vardır. Onun 'Azərbaycan ekonomisi' və "Azərbaycan" adlı əsərləri müvafiq sahədə mühüm tədqiqat nümunələri sayılır və aktuallığını qoruyur. Kərim Odərin uzunmüddətli çalışmalardan sonra ərsəyə gətirdiyi "Azərbaycan" kitabı Türkiyədə bu kitabın milli mədəniyyət siyasətinin tələblərini ödəməmiş olması səbəbindən onun vəfatından sonra nəşr olunmuşdur.

Kərim Odər 1981-ci ilin 19 noyabrında Ankarada vəfat etmişdir.

Üst