Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Karib Niderlandı (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallı

Karib Niderlandı

Vikipediya, azad ensiklopediya
Karib Niderlandı
nid. Caribisch Nederland
Rəsmi dili Niderland dili
Sahəsi
  Ümumi 328 km²
Əhalisi
  Əhali (2010) 21,1330 nəfər
  Sıxlıq 64 nəf./km²
Valyuta ABŞ dolları
İnternet domeni .nl, .an, .bq
ISO kodu BQ
Telefon kodu +599
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karib Niderlandı (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-Estatius və Saba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar.

Statistika

Niderland Krallığının özəl bələdiyyələri
Bayraq Adı Paytaxtı
(və ən böyük şəhəri)
Ərazisi
(km²)
Əhalisi
(31–12-2014)
Sıxlıq
(hər km²-ə)
BoneyrKralendeyk28818,90566
Sint-EstatiusOranyestad213,877185
SabaBottom131,811139
Yekun 322 24,593 76

İqtisadiyyatı

Pul vahidi

1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş Kürasao və Sint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçir. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır.

İqlimi

Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır. Buradakı rüzgaraltı adaları rüzgarüstü adalarına nisbətən daha isti və quraqdır. Rüzgarüstü adalarında yaz mövsümündə qasırğalar müşahidə edilir.

Həmçinin bax

  • Niderland Karibi
Üst