Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kasımpaşa Spor Kulübü və ya qısaca Kasımpaşa — Türkiyənin İstanbul şəhərində yerləşən peşəkar futbol klubu. Klub 1921-ci ildə qurulmuş və hazırda Türkiyə Super

Kasımpaşa SK

Vikipediya, azad ensiklopediya

Kasımpaşa Spor Kulübü və ya qısaca Kasımpaşa — Türkiyənin İstanbul şəhərində yerləşən peşəkar futbol klubu. Klub 1921-ci ildə qurulmuş və hazırda Türkiyə Super Liqasında mübarizə aparır. Ev oyunlarını İstanbulda Bəyoğlu rayonunun Kasımpaşa səmtində yerləşən Rəcəb Tayyib Ərdoğan Stadionunda keçirir.

Kasımpaşa SK
Loqonun şəkli
Klubun tam adı Kasımpaşa Sportif Faaliyetler Anonim Şirketi
Ölkə Türkiyə Türkiyə
Rəng(lər) Sürməyi və Ağ
Yaranma tarixi 1921
Stadionu Rəcəb Tayyib Ərdoğan Stadionu
Tutumu 14,000
Prezidenti Türkiyə Davud Dişli
Baş məşqçisi Türkiyə Əmrə Bəlözoğlu
Liqa Türkiyə Super Liqası
2024-25 5-ci
Ev forması
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixçə

Kasımpaşa İdman Klubu 15 yanvar 1921-ci ildə "Altıntuğ" və "Terbiye-i Bedeniye" klublarının birləşməsi ilə "Kasımpaşa Gençlik Kulübü" adı altında qurulmuşdur. Klub 1923–1924 mövsümündə ilk rəsmi oyununu keçirmişdir. 1959–1964-cü illərdə Milli Liqada (hazırkı Super Liqa) iştirak etmişdir.

2005–2006 mövsümündə 2. Liqada çempion olaraq 1. Liqaya yüksəlmiş, ardınca 2006–07 və 2008–09 mövsümlərində play-off qələbələri ilə Super Liqaya yüksəlmişdir. 2011–12 mövsümündə Adanaspor üzərində qazandığı play-off qalibiyyəti ilə Super Liqaya qayıtmışdır və o vaxtdan bəri bu liqada fasiləsiz çıxış edir.

Loqo və Rənglər

Klubun rəsmi rəngləri sürməyi və ağdır. Loqoda İstanbulun simvolu olan ay və ulduz elementləri yer alır. Bu simvollar 1948-ci ildə klubun boks və güləş sahəsində qazandığı uğurlar fonunda loqoya əlavə olunmuşdur.

Nailiyyətlər

TFF 1. Liqa

  • İkinci yer: 2006–07
  • Play-off qalibi: 2008–09, 2011–12

TFF 2. Liqa

  • Çempion: 2005–06

Beynəlxalq iştirak

Kasımpaşa SK UEFA Avropa Liqasında iştirak üçün vəsiqə qazansa da, bəzi mövsümlərdə maliyyə ədaləti qaydalarına görə turnirdə iştirak edə bilməmişdir. Hazırda UEFA reytinqində yer almır.

Üst