Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qədim-qayım Qarabağın mahallarından biri də Küparə idi. Küparə mahalı orta çağda Kuhparə nahiyəsi adlanırdı. 1593-cü ildə Osmanlı hökuməti tərəfindən nahiyənin

Küpara mahalı

Vikipediya, azad ensiklopediya

Küpara mahalı — Qarabağda tarixi-coğrafi bölgə.

Ümumi məlumat

Mahal qərbdə Əcanan mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisiyan mahalı ilə həmsərhəd idi.

Mahalın mərkəzi Həkərək kəndi idi. Mahalın son naibi Məlik Parsadan idi.

Mahalda Həkərək, Sirkətas, İrəsvəng, Çaynı, Mülkiçan, Sevakar adlı kəndlər qərar tuturdu.

Mahalın tarixindən

Qədim-qayım Qarabağın mahallarından biri də Küparə idi. Küparə mahalı orta çağda Kuhparə nahiyəsi adlanırdı. 1593-cü ildə Osmanlı hökuməti tərəfindən nahiyənin kəndləri, məzrələri siyahıya alınıb.

Mahal qədim Kuhparə nahiyəsinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Həkərək kəndi idi.

Küparə mahalı 1840-cı ildə ləğv olunub, sahə kimi Şuşa qəzasına bağlandı. 1867-ci ildə Zəngəzur qəzasına verildi.

Küpara mahalının naibləri

Titul Adı Başlanığıcı Sonu
Naib Məlik Parasan 1724 1750
Naib III Məlik Parsadan 1750 1780
Naib IV Məlik Parsadan 1780 1822

Həmçinin bax

Üst