Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mahal qərbdə Sisiyan mahalı, şimalda Dərəlyəz mahalı, şərqdə isə Qaraçorlu mahalı, cənubda Bərgüşad mahalı ilə həmsərhəd idi.

Tatev mahalı

Vikipediya, azad ensiklopediya
Tatev mahalı
Ölkə
  •  Azərbaycan

Tatev mahalı — Qarabağda tarixi-coğrafi bölgə.

Ümumi məlumat

Mahal qərbdə Sisiyan mahalı, şimalda Dərəlyəz mahalı, şərqdə isə Qaraçorlu mahalı, cənubda Bərgüşad mahalı ilə həmsərhəd idi.

Mahalın paytaxtı Tatev kəndi idi. 1823-cü ilə aid qaynağa görə, son dövrdə mahalın naibi Məlik Poqos bəy Orbeli idi.

Mahalın tarixindən

Əvvəlcə adı haqqında. Erməni xalq etimologiyasına görə "Tatev" adı orda olan monastır kompleksinə daxil olan əsas kilsə binasının inşası ilə əlaqədardır. Belə ki, kilsənin inşası tamamlandıqdan sonra memarın tələbəsi xaçı ucaltmaq üçün qübbənin üstünə çıxır. Lakin işini tamamlayıb aşağı düşərkən yıxılır və ölməməsi üçün dua edərək Tanrıdan ona qanad verməsini istəyir və bu ifadə erməni dilində "ta tev" şəklində səslənir.mənası "qanad verən" deməkdir.Lakin bu cür izah və ermənilərə bağlamaq üçün heç əsas yoxdur.Türk mənşəli tat-oturaq və ev sözlərinin birləşməsindən yaranması daha doğru görünür.Çünki həmin yerdə Türk boyları tarixin müxtəlif zamanlarında yaşamışdır.Erməniləri ruslar Osmanlı və Qacar dövlətlərindən köçürmüşdür.

Mahal qədim Zəngəzur nahiyəsinin ərazisində yaranmışdı. El arasında Zəngəzur mahalı da adlanırdı. Mahalın mərkəzi Tatev kəndi idi. Tatev mahalına Tatev, Şinətağ, Şingər, Xot, Xalizur, Lor, Tanzatap, Gorus, Goru, Xınzırək, Əliquluuşağı, Əliqulukəndi, Kərəvic, Xoznavar, Yaycı kəndləri daxil idi.

Mahalın mərkəzi olan Tatev kəndində qədim türk nəsli olan orbelilər yaşayırdılar.Knyaz sülaləsi orbelilər Orta çağdan etibarən Zəngəzurda (Sünikdə) hakimiyyətə başlamışlar. Sünik sülaləsi olan orbelilərin əsasını Əliqum oğlu Liparit qoymuşdur. Əliqum Orbelinin (1290–1300) hakimiyyəti dövründə Sünikdə sülh bərqərar olur. Onun varisi knyaz Burtelin qırx illik (təxm. 1300–1344) hakimiyyəti dövründə mədəni mühit daha da inkişaf etmişdi..

1380-ci ildə Qızıl Orda hökmdarı Toxtamış xan Azərbaycana yürüşü zamanı Süniki də tutmuş, bir neçə il sonra, 1387-ci ildə isə Əmir Teymurun yürüşlərinə məruz qalmışdı. Bununla belə, XIV əsrinn sonu – XV əsrin əvvəllərinə kimi Sünikin knyaz sülalələri öz rütbələrini qoruya bilmişdi. orbelilərin hakim statusunu saxlamışdı.

1403-cü ildə Sünikin iki knyazı Smbat və Burtel Orbelilər Teymurlular tərəfindən həbs edilərək Səmərqəndə göndərilmiş, daha sonra isə azad edilərək yenidən vəzifələrinə təyin etmişlər. Azərbaycanda Qaraqoyunlular dövləti qurulduqdan sonra, 1410-cu ildə Qara Yusif Smbat Orbelinin hakim statusunu ləğv etmişdir. Knyaz Smbat Orbeli, oğlanları İvane, Beşken və Şahla birgə, orbelilərin digər qolunun yaşadığı və knyaz statusuna malik olduğu Gürcüstana üz tutmuşdur. 1417-ci ildə İvane və Beşken yenidən Sünik ərazisinə hakim təyin edilirlər. Beşkenin oğlu Əmir Rüstəm Qara İsgəndərin sarayında xidmət edir və orbelilərin Sünikdəki hüququnu bərpa etdirməyə nail olur. 1453-cü ildə Sultan Şahruxun Azərbaycana üçüncü yürüşündən sonra, Başken təbəələri ilə birgə Azərbaycanı tərk edərək Gürcüstana köçür, burada Baqratuni sülaləsindən olan gücü çarı I Böyük Aleksandr onu Loru hakimi təyin edir. XV əsrin ortalarında, hakimiyyətə gələn Qaraqoyunlu şahı Sultan Cahanşah bəy Baranlı orbelilərin Sünik və Vayzur üzərində hüququnu tanıyır. Daha sonra isə Sünik Azərbaycanda Qaraqoyunlulardan sonra hakimiyyətə gəlmiş Ağqoyunlu sülaləsinə tabe olur.

Orbelilər sülaləsi
  • I Liparit — təxm. 1044, 1040-cı illər
  • I İvane – təxm. 1110-cu il.
  • I Smbat – təxm. 1128-ci il.
  • II Liparit – təxm. 1128-ci il.
  • I Əliqum – təxm. 1184-cü il (həyat yoldaşı Xatun)
  • III Liparit – təxm. 1221, 1223-cü illər (həyat yoldaşı Aspa)
  • II İvane – təxm. 1260-cı il
  • IV Liparit
  • II Əliqum – təxm. 1290–1300-cü illər (həyat yoldaşı Tamta)
  • Burtel – təxm. 1300–1348-ci illər (həyat yoldaşı Vaxax)
  • II Smbat
  • Tarsaiç (knyazlar knyazı, atabəy, Smbatın kiçik qardaşı) – 1273
  • Stepanos – təxm. 1406, 1422-ci il (həyat yoldaşı Marqarit)
  • III Smbat Paron – təxm. 1471, 1495-ci il.
Məlikzöhrabovlar
  • Məlik Zöhrab Urudlu — III Smbat Paronun oğlu.
  • Məlik İsaxan — Məlik Zöhrabın oğlu.
  • Allahverdi bəy — Məlik İsaxanın oğlu.
  • Məlik Şahnəzər —Allahverdi bəyin oğlu.
  • Məlik Aşur — Məlik Şahnəzərin oğlu.
  • Məlik Əlimədəd — Məlik Aşurun oğlu.
  • Məlik Hüseynalı— Məlik Əlimədədin oğlu, Xınzırəkdə olurdu. Qarabağ xanlığının sərkərdələrindən. Müsəlman idi.
  • İmamverdi bəy — Məlik Əlimədədin oğlu, Xınzırəkdə olurdu. Qarabağ xanlığının sərkərdələrindən.
  • Həsən bəy — Məlik Əlimədədin oğlu, Xınzırəkdə olurdu. Qarabağ xanlığının sərkərdələrindən.
  • Məmmədyar bəy —Məlik Əlimədədin oğlu, Xınzırəkdə olurdu. Qarabağ xanlığının sərkərdələrindən.
  • İsmayıl bəy —Məlik Əlimədədin oğlu, Xınzırəkdə olurdu. Qarabağ xanlığının sərkərdələrindən.

Mahalın mülkədarları

Qarabağ xanlığının baş sərkərdələrindən Hacı Ağalar bəy Sarıcalı-Cavanşir 1826-cı ilədək mahal ərazisində olan bəzi kəndlərdən (Xınzırək) kələntərlik toplayırdı. Qalabəyi Məhəmməd bəy Xıdırlı-Otuziki Əliqulukəndi şenliyindən malcəhət və kələntərlik alırdı.

Tatev vəzirovların, Kərəvic behbudbəyovların, Əliquluuşağı əlibəyovların və məlikzöhrabovların, Lor orbelilərin, Əliqulukəndi nəbibəylilərin, Xoznavar sultanovların mülkü idi.Xınzırək isə məlikzöhrabovların mülkü sayılırdı. Sonralar, rus üsul-idarəsi dövründə qarabəyovlarla ağalarovlar bu mülkün üstündə dartışırdılar. Muğancıq və Şamsız kəndləri Xələc bəylərinə (mirzəyevlərə və əmirovlara) mənsub idi. Bayandur əvvəlcə Mehdiqulu xan Sarıcalı-Cavanşirə, onun vəfatından sonra knyaginya Usmiyevaya məxsus kəndlərdən biri sayılırdı. Şurnuxu, Şinətağ, Şingər, Xot və digər kəndlər xəzinə mülkü idi.

Rus üsul-idarəsi dönəmində Tatev monastrı bəzi kəndləri (Tatev, Şinger) iddia edib aldı.

Tatev mahalı 1840-cı ildə ləğv olunub, sahə kimi Şuşa qəzasına bağlandı. 1867-ci ildə Zəngəzur qəzasına verildi.

Əhalisi

Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, Tatev mahalında 13 kənddə cəmi 698 (508 vergiödəyən, 190 ödəməyən) ailə yaşayırdı. Bu mahalda xristianlar çoxluq təşkil edirdi (635 ailə, yaxud 90%). Mahal sakinləri əkinçiliklə və maldarlıqla məşğul olur, evlərdə xalça toxuyurdular.

Tatev mahalının naibləri

Titul Adı Başlanığıcı Sonu
Naib Murtuza bəy Dünbili 1747 1777
Naib Əliməhəmməd sultan Dünbili 1777 1789
Naib Məlik Poqos bəy Orbeli 1789 1822

Həmçinin bax

Üst