| Kərim Odər | |
|---|---|
| türk. Kerim Öder | |
| |
Müsavat Partiyasının sədri | |
| 9 mart 1959 – 19 noyabr 1981 | |
| Əvvəlki | Mirzə Bala Məmmədzadə |
| Sonrakı | Məhəmməd Azər Aran |
Azərbaycan Kültür Dərnəyinin sədri | |
| 3 mart 1957 – 2 dekabr 1962 | |
| Əvvəlki | Həmid Ataman |
| Sonrakı | Əhməd Yaşat |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1901 |
| Doğum yeri | |
| Vəfat tarixi | 19 noyabr 1981 (79–80 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, müəllif, iqtisadçı |
Kərim İbadulla oğlu Odər (1901, Bakı – 19 noyabr 1981, Ankara) — Azərbaycan dövlət xadimi, Musavat Partiyasının III sədri.
Həyatı
Kərim İbadulla oğlu Zeynalzadə 1901-ci ildə Bakıda anadan olub. Bakı Ticarət Liseyini bitirdikdən sonra, Azərbaycan Xalq Cumhuriyyəti (1918–1920) dövründə Xarici İşlər Nazirliyində özəl Qələm müdirliyi vəzifəsində çalışıb və o zaman Xarici İşlər naziri olan Nəsib bəy Yusifbəyli ilə yaxın münasibətdə olub. Həmin illərdə Kərim Odər gündüzlər işləyir, gecələr isə İqtisad fakültəsində təhsilini davam etdirirdi. 1920-ci il 27 aprel işğalından sonra Kərim Odər bir müddət Xarici İşlər Nazirliyindəki işində çalışıb, lakin sonradan bolşeviklərin terror rejimi ilə ölkəni idarə etdiklərini görüb Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Üç ilə qədər Tiflisdə qalan Kərim Odər burada iqtisad fakültəsini bitirib, bolşeviklərin əlinə keçməmək üçün Batuma qaçaraq oradan Türkiyəyə keçib. Bir müddət ticarətlə məşğul olan Kərim Odər, Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Osmanlı Bankında yeddi ilə qədər işləyib, müdir müavini olub, Mərkəzi Bankda işə qəbul edilib. Son iş yeri Sümerbank Ümum Müdirliyində, Bankacılık və Kredi İşlər Müdirliyində müşavir olan Kərim Odər 1966-cı ilə təqaüdə çıxıb.

Kərim Odər rus, fransız dillərini sərbəst, fars, alman və ingilis dillərini isə orta dərəcədə bilirdi. Kərim Odər bir müddət Müsavat Partiyasının rəhbərliyində yer alıb, Partiya Məclisi sədri olub, eyni zamanda Azərbaycan Kültür Dərnəyinin Fəxri Başçısı adını alıb. 1976-cı ildə Azərbaycan Milli Mərkəzinin sədri Əbdülvahab Yurdsevərin vəfatından sonra Mərkəz rəhbərliyi də Kərim Odərə tapşırılıb.
Kərim Odərin "Azərbaycan" jurnalında və digər mətbuat orqanlarda çoxlu sayda məqalələri, yazıları vardır. Onun 'Azərbaycan ekonomisi' və "Azərbaycan" adlı əsərləri müvafiq sahədə mühüm tədqiqat nümunələri sayılır və aktuallığını qoruyur. Kərim Odərin uzunmüddətli çalışmalardan sonra ərsəyə gətirdiyi "Azərbaycan" kitabı Türkiyədə bu kitabın milli mədəniyyət siyasətinin tələblərini ödəməmiş olması səbəbindən onun vəfatından sonra nəşr olunmuşdur.
Kərim Odər 1981-ci ilin 19 noyabrında Ankarada vəfat etmişdir.
- 1901-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 19 noyabrda vəfat edənlər
- 1981-ci ildə vəfat edənlər
- Ankarada vəfat edənlər
- Feriköy məzarlığında dəfn olunanlar
- Bakı Kommersiya Məktəbinin məzunları
- Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan siyasətçiləri
- Azərbaycanlı siyasətçilər
- Azərbaycan iqtisadçıları
- Azərbaycanlı iqtisadçılar
- Türkiyə iqtisadçıları
- Azərbaycanlı siyasi mühacirlər
- Türkiyə azərbaycanlıları
- Müsavat Partiyası başqanları
- Müsavat Partiyası Məclisinin sədrləri
- Azərbaycan Kültür Dərnəyinin üzvləri