| Lüdviq Büxner | |
|---|---|
| | |
| Doğum tarixi | 29 mart 1824[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1 may 1899[…] (75 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| İstiqaməti | ateizm, azad düşüncə |
| Əsas maraqları | fəlsəfə |
| | |
Fridrix Karl Kristian Lüdviq Büxner (alm. Friedrich Karl Christian Ludwig Büchner; d. 29 mart 1824, Darmştadt — ö. 1 may 1899) — materialist Alman mütəfəkkiri və yazıçı Georq Büxnerin qardaşı.
Həyatı
Baxışları L. Feyerbax və P. J. J. Kabanisin ideyalarının təsiri altında formalaşmışdır. Büxner üçün başlanğıc maddə ilə eyniyyət təşkil edən və bir sıraxassələrə, yaxud qüvvələrə (onlardan ə mühümü hərəkətdir) malik materiya anlayışıdır. Büxnerə görə, təbiətin aynası kimi başa düşülən fikir, şüur yüksək təşkil olunmuş materiyanın – beynin məhsuludur və ruhani yalnız beyin funksiyalarının məcmusudur. Büxner sosial darvinizm ideyalarının müdafiəçisi olmuş, yaşamaquğrunda mübarizəni (ka pitalist rəqabətini) sosial inkişafın əsası hesab etmişdir. 1881-ci ildə Azad fikirlilərin Alman İttifaqını yaratmışdır. Büxnerin ideyaları F. En gelsin materiyanın hərəkət formalarını təsnif etməsinə təsir göstərmişdir.
Dialektik olmayan bir materializmin yorulmaz müdafiəçiliyini etmiş olan Büxner, kainata dair açıqlamanın əsas prinsipləri olaraq yalnız güc və maddəni götürmüş, mənəvi bir ruhun yaranmasından heç bir şəkildə söz edilə bilməyəcəyini dilə gətirmişdir.
Bu dialektik olmayan sistem Mexanizm adı ilə də açıqlana bilər. Pol Anri Holbax'ında xələfi olaraq görə biləcəyimiz bu mütəfəkkir, tam bir Hegel əleyhdarı olaraq düşünülə bilər.
- 29 martda doğulanlar
- 1824-cü ildə doğulanlar
- 1 mayda vəfat edənlər
- 1899-cu ildə vəfat edənlər
- 75 yaşında vəfat edənlər
- Əlifba sırasına görə filosoflar
- Ontoloqlar
- Materialistlər
- Ateist filosoflar
- XIX əsr filosofları
- Din tənqidçiləri
- XIX əsr həkimləri
- Alman dilində ədəbiyyat
- Almaniya filosofları
- Almaniya həkimləri
- Almaniyanın qeyri-bədii əsər yazan yazıçıları
- Almanlar
- Elm filosofları
- Qeyri-bədii ədəbiyyat
- Tübingen Universitetinin müəllimləri
- XIX əsr ədəbiyyatı