| Mahmud Həmzəyev | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 31 yanvar 1949 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 9 noyabr 2023 (74 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | SSRİ Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələri |
| Qoşun növü | |
| Rütbəsi | General-mayor |
| Təltifləri | |
Mahmud Həmid oğlu Həmzəyev (31 yanvar 1949, Qazax – 9 noyabr 2023, Bakı) — Azərbaycan hərbçisi, general-mayor (2002), 2-ci Ordu Korpusunun keçmiş komandiri (2001–2009).
Həyatı
Mahmud Həmid oğlu Həmzəyev 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olmuşdur. 1966–1971-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. 1971–1973-cü illərdə SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, 1973–1975-ci illərdə isə Neft Daşlarında mühəndis vəzifəsində çalışmışdır. 1975-ci ilin sonunda yenidən hərbi xidmətə qayıtmışdır.
1977-ci ildə Uzaq Şərq Ümumqoşun Komandanlıq Məktəbini bitirmişdir. 1976–1980-ci illərdə taqım komandiri, əlahiddə pulemyot-artilleriya bölməsinin komandiri və hərbi hissə komandiri vəzifələrində xidmət etmişdir. 1984–1987-ci illərdə M. V. Frunze adına Hərbi Akademiyada təhsil almışdır. 1986–1987-ci illərdə tank alayı komandirinin müavini, 1987–1992-ci illərdə isə Baltikyanı Hərbi Dairədə I dərəcəli təlim mərkəzinin rəisi vəzifəsində xidmət etmişdir. 1989-cu ildə ona polkovnik hərbi rütbəsi verilmişdir.
Mahmud Həmzəyev 1993-cü ildən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlamışdır. Azərbaycan Ordusunda briqada komandiri, ordu korpusunun qərargah rəisi və ordu korpusunun komandiri vəzifələrində xidmət etmişdir. Gədəbəy istiqamətində briqada komandiri olmuş, daha sonra Beyləqanda yerləşən 2-ci Ordu Korpusunun komandiri vəzifəsində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2002-ci il tarixli Fərmanı ilə Mahmud Həmzəyevə general-mayor ali hərbi rütbəsi verilmişdir. 5 noyabr 2009-cu ildə 2-ci Ordu Korpusunun komandiri vəzifəsindən təqaüdə göndərilmişdir.
Mahmud Həmzəyev 9 noyabr 2023-cü ildə 74 yaşında vəfat etmişdir. Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.
Ailəsi
Mahmud Həmzəyev ailəli olmuşdur. Bir oğlu, bir qızı, dörd nəvəsi var. Oğlu Pərviz Həmzəyev polis polkovnik-leytenantıdır.
Təltifləri
- "Azərbaycan Bayrağı" ordeni — 24 iyun 2003
- 31 yanvarda doğulanlar
- 1949-cu ildə doğulanlar
- Qazaxda doğulanlar
- 9 noyabrda vəfat edənlər
- 2023-cü ildə vəfat edənlər
- 74 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Hərbi Memorial Məzarlıqda dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin general-mayorları
- "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Azərbaycanlı generallar
- Azərbaycan hərbçiləri