Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Liviyanın səhrasının sahəsi 2 milyon km² təşkil edir. Qərbdən Əl-Haruc-əl-Asvad massivi, cənub-şərqdə Tibesti öndağlığı və Ennedi platosu, şərqdən isə Nil çayı

Liviya səhrası

24° şm. e. 25° ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Liviya səhrası
ərəb. الصحراء الليبية‎
Liviya səhrası
Liviya səhrası
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1.024 m
Sahəsi 2000000 km²
Eni 1.000 km
Temperatur
 • Minimum -18 °C
 • Maksimum 57,7 °C
Yerləşməsi
24° şm. e. 25° ş. u.HGYO
Yerləşdiyi yer Şimali Afrika
Ölkələr
  •  Liviya
  •  Misir
  •  Sudan
Liviya səhrası xəritədə
Liviya səhrası
Liviya səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Liviya səhrası (ərəb. الصحراء الليبية‎) — Şimali Afrikada, Saxaranın şimal-şərqində yerləşən səhra.

Coğrafi yerləşməsi və təbii xüsusiyyətləri

Liviyanın səhrasının sahəsi 2 milyon km² təşkil edir. Qərbdən Əl-Haruc-əl-Asvad massivi, cənub-şərqdə Tibesti öndağlığı və Ennedi platosu, şərqdən isə Nil çayı ilə əhatələnir. Liviyanın şərqi, Misirin qərbi və Sudanın şimalını əhatə edir. Səhra okean və materik qabığı üzərində yerləşir. Şimalı düzənlik düzənlikdir və dyunlarla örtülüdür. Dyunların uzunluğu 650 km, hündürlüyü 300 metrdir. Şimal-şərində çökəkliklər yerləşir. Afrikanın ən çökək hissəsi 133 metr olan Kattar çökəkliyidir. Bəzi hissələrdə qrunt suları səthə çıxaraq El-Fayn, Dahla, Harqa, Kufra, Farafra və digər vahələrini əmələ gətirir. Səhranın əsas hissəsi tropik, şimalı isə subtropikdir. Yanvar ayının orta temoeraturu 12-18 °C, iyul ayının isə 28 — 35 °C arasında dəyişir. Orta illik temperatur 15 — 16 °C təşkil edir. İllik yağıntının miqdarı 100 mm, bəzi hissələrdə isə 25 mm-dir. Bəzən isə illərlə yağıntı yağmır.

Vaxtı ilə ərazi savanna, bəlkə də tropik meşələrlə örtülü olmuşdur. Səhranın əsasən sakinləri kərtənkələ və ilanlardan ibarətdir. Bitkilər aləmi:acılıqotu, səhra akasiyası, yulğun, yovşan və s.

Əhalisi və təsərrüfatı

Səhra əhalisinin böyük hissəsini liviyalılar və berberlər (mozabitlət, tuareqlər) təşkil edir. Əhali əsasən vahələrdə yaşayırlar. Vahələrdə xurma palması, ərik və naringi bitkiləri əkilir. Səhrada insanlar maldarlığın müxtəlif sahələri inkişaf etdirilir (qoyun, keçi, dəvə). Son zamanların illərlə sürən quraqlığı təsərrüfata ağır zərbə vurur. Bahariyə vahəsində dəmir filizi ehtiyatı vardır. Səhradan Mərkəzi Afrikadan Aralıq dənizinə gedən karvan yolunun üzərində yerləşir.

Maraqlı fakt

  • 13 sentyabr 1922 ildə Əl-Əziziyə şəhərində (Liviya səhrasının şimal-qərbində) dünyanın kölgədə ən isti havası qeydə alınmışdır. Havanın temperaturu 57,7 °C (136 °F) təşkil etmişdir
  • Liviya səhrasında gizli şəkildə Liviyanın keçmiş dövlət başçısı Müəmmar Qəddafi dəfn edilmişdir.
Üst