Lui Lümyer (fr. Louis Jean Lumière, 5 oktyabr 1864[…], Bezanson – 6 iyun 1948[…]) — kinematoqrafiyanın banisi. Ogüst Lümyerin doğma qardaşıdır. 1919-cu ildən etibarən Paris Elmlər Akademiyasının üzvü seçilmişdir.
| Lui Lümyer | |
|---|---|
| fr. Louis Lumière | |
| |
| Doğum tarixi | 5 oktyabr 1864[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 6 iyun 1948[…] (83 yaşında) |
| Fəaliyyəti | ixtiraçı, mühəndis, kinorejissor, fotoqraf, sahibkar, kimyaçı, kinooperator |
| Üzvlüyü |
|
| Mükafatları | |
| IMDb | ID0525910 |
![]() | |
Həyatı

Lui Lümyer 1864-cü ildə Fransanın Bezanson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra fotoqraf kimi fəaliyyət göstərmyə başlamışdır. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə "Hərəkət edən fotoqraf" çəkilişi və proyeksiyası üçün kinoapparat ixtira edir. Sonradan həmin kinoapparat "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırıldı.İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1896-cı ildə Lümyer qardaşları London, Nyu-York və Bombey şəhərlərinə səyahət etmişdilər.
1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. 1948-ci ildə 6 iyun tarixində Lui Lümyer vəfat etmişdir. Hər il Fransada keçirilən Ən Yaxşı Sənədli Filmə "Lui Lümyer" mükafatı verilir.

