Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tələt Tahir oğlu Məcidov (23 may 1945, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, iqtisad elmləri namizədi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyas

Tələt Məcidov

  • Ana Səhifə
  • Tələt Məcidov

Tələt Tahir oğlu Məcidov (23 may 1945, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, iqtisad elmləri namizədi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı (1999–2005), 1-ci dərəcə dövlət müşaviri (2007).

Tələt Məcidov
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri
Vəzifədədir
31 may 2017-ci ildən
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiri
8 fevral 2005 – 30 may 2017
2 aprel 2009-cu ilədək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Kadr məsələləri şöbəsinin müdiri kimi
Səbail Rayon İcra Hakimiyyətinin başçısı
27 avqust 1999 – 8 fevral 2005
ƏvvəlkiRüstəm Məmmədov
SonrakıAsif Əsgərov
Şəxsi məlumatlar
Doğum tarixi 23 may 1945(1945-05-23) (80 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti iqtisadçı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

Təltifləri "Şöhrət" ordeni — 20152015 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20252025

Mündəricat

Həyatı

Tələt Məcidov 23 may 1945-ci ildə Bakı şəhərində anadan olub.

1 avqust 1968-ci ildən 2 iyul 1970-ci ilə qədər SSRİ Xarici İqtisad Əlaqələr üzrə Dövlət Komitəsində Əlcəzair və Suriyada, 2 aprel 1977-ci ildən 23 dekabr 1980-ci ilə kimi isə İraqda tərcüməçi işləmişdir.

Tələt Məcidov 6 dekabr 1970-ci ildən 29 mart 1977-ci ilə kimi Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda aspirant, laborant, kiçik elmi işçi vəzifələrində çalışıb.

3 yanvar 1981-ci ildən 1 iyul 1983-cü ilə kimi Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda Baş elmi işçi olmuşdur.

Siyasi fəaliyyəti

Tələt Məcidov 1 iyul 1983-cü ildən 28 dekabr 1990-cı ilədək Azərbaycan KP MK aparatında təlimatçı, sektor müdiri kimi vəzifələrdə işləmişdir.

14 dekabr 1990-cı ildən 4 mart 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Prezidentin Xarici siyasət məsələlər üzrə müşavirinin xidmətində məsləhətçi, 4 mart 1992-ci ildən 12 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsində Şöbə müdirinin müavini, 12 may 1992-ci ildən 8 iyul 1999-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətində məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışmışdır.

27 avqust 1999-cu ildən 8 fevral 2005-ci ilə kimi Bakı şəhəri Səbail rayonu İcra hakimiyyəti başçısının aparatında başçı vəzifəndə işləmişdir.

8 fevral 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsində şöbə müdiridir.

Mükafatları

22 may 2015-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Tələt Tahir oğlu Məcidov "Şöhrət" ordeni ilə təltif edilmişdir.

22 may 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 05, 2026

    Ağabacı Rzayeva

  • Aprel 05, 2026

    Tsin sülaləsi

  • Aprel 09, 2026

    Almaniya bayrağı

  • Aprel 16, 2026

    Uşaq doğumu

  • Aprel 07, 2026

    Alagöz dağı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst