Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fridrix Karl Kristian Lüdviq Büxner (alm. Friedrich Karl Christian Ludwig Büchner‎; d. 29 mart 1824, Darmştadt — ö. 1 may 1899) — materialist Alman mütəfəkkiri

Lüdviq Büxner

Vikipediya, azad ensiklopediya
Lüdviq Büxner
Doğum tarixi 29 mart 1824(1824-03-29)[…]
Doğum yeri
  • Darmştat, Hessen knyazlığı
Vəfat tarixi 1 may 1899(1899-05-01)[…] (75 yaşında)
Vəfat yeri
  • Darmştat, Hessen knyazlığı, Almaniya Reyxi[d]
Dəfn yeri
  • Darmştat
İstiqaməti ateizm, azad düşüncə
Əsas maraqları fəlsəfə
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fridrix Karl Kristian Lüdviq Büxner (alm. Friedrich Karl Christian Ludwig Büchner‎; d. 29 mart 1824, Darmştadt — ö. 1 may 1899) — materialist Alman mütəfəkkiri və yazıçı Georq Büxnerin qardaşı.

Həyatı

Baxışları L. Feyerbax və P. J. J. Kabanisin ideyalarının təsiri altında formalaşmışdır. Büxner üçün başlanğıc maddə ilə eyniyyət təşkil edən və bir sıraxassələrə, yaxud qüvvələrə (onlardan ə mühümü hərəkətdir) malik materiya anlayışıdır. Büxnerə görə, təbiətin aynası kimi başa düşülən fikir, şüur yüksək təşkil olunmuş materiyanın – beynin məhsuludur və ruhani yalnız beyin funksiyalarının məcmusudur. Büxner sosial darvinizm ideyalarının müdafiəçisi olmuş, yaşamaquğrunda mübarizəni (ka pitalist rəqabətini) sosial inkişafın əsası hesab etmişdir. 1881-ci ildə Azad fikirlilərin Alman İttifaqını yaratmışdır. Büxnerin ideyaları F. En gelsin materiyanın hərəkət formalarını təsnif etməsinə təsir göstərmişdir.

Dialektik olmayan bir materializmin yorulmaz müdafiəçiliyini etmiş olan Büxner, kainata dair açıqlamanın əsas prinsipləri olaraq yalnız güc və maddəni götürmüş, mənəvi bir ruhun yaranmasından heç bir şəkildə söz edilə bilməyəcəyini dilə gətirmişdir.

Bu dialektik olmayan sistem Mexanizm adı ilə də açıqlana bilər. Pol Anri Holbax'ında xələfi olaraq görə biləcəyimiz bu mütəfəkkir, tam bir Hegel əleyhdarı olaraq düşünülə bilər.

Üst