Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mahmud Cəm (fars. محمود جم‎; 1884, Təbriz – 29 avqust 1969, Tehran) — İranın 1935–1939-cu illərdə baş naziri olmuşdur.

Mahmud Cəm

Vikipediya, azad ensiklopediya
Mahmud Cəm
fars. محمود جم‎
İranın Baş naziri
3 dekabr 1935 – 26 oktyabr 1939
ƏvvəlkiMəhəmmədəli Füruği
SonrakıƏhməd Mətin-Dəftəri
17 sentyabr 1933 – 30 sentyabr 1937
ƏvvəlkiƏli Əsgər Zərrinkəfş[d]
SonrakıƏbülqasım Fərhər[d]
İranın xarici işlər naziri
2 mart 1921 – 1921
ƏvvəlkiHəsən İsfəndiyari[d]
SonrakıHəsən Möhtəşəmüssəltənə[d]
Şəxsi məlumatlar
Doğum tarixi 1884(1884)
Doğum yeri
  • Təbriz, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 29 avqust 1969(1969-08-29) (84–85 yaşında)
Vəfat yeri
  • Tehran, İran
Fəaliyyəti siyasətçi, diplomat
Dini şiəlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mahmud Cəm (fars. محمود جم‎; 1884, Təbriz – 29 avqust 1969, Tehran) — İranın 1935–1939-cu illərdə baş naziri olmuşdur.

Həyatı

Mahmud Cəm Təbrizdə dünyaya gəlibdir. Atası Məhəmmədsadıq Kirmani Kirmandan Təbrizə mühacirət etmişdir. Cəm Təbrizdə fransız bir şəxsdən fransız dilini öyrəndikdən sonra Təbrizdəki fransız səfirliyində tərcüməçi olaraq çalışmağa başlamışdır.

Oğlu Firudin Cəm İranın məşhur hərbçilərindən olmuşdur.

Karyerası

Fransız səfirliyində tərcüməçi kimi işləməyə başlayan Cəm, Kirman və Xorasan da qubernator vəzifəsində çalışmışdır. 1933-cü ilin sentyabr ayında daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Rza şahın rəhbərliyi altında maliyyə naziri vəzifəsində çalışmışdır.1935-ci ilin dekabr ayından 1939-cu ilin oktyabr ayına qədər baş nazir vəzifəsində çalışmışdır. Transiran koridoru onun baş nazirliyi dövründə açılmışdır. Bundan sonra o Misirə səfir təyin edilmişdir. 1948-ci ildə o, ədliyyə naziri vəzifəsinə təyin edilmişdir. Bundan sonra İtaliyaya səfir təyin edilmişdir. Ölümünə qədər deputat kimi xidmət etmişdir.

Uzun müddət Dəmir Komitəsinin (Committee-e Ahan) üzvü olmuşdur.

Ölümü

1969-cu ilin 10 avqustunda, 89 yaşında Tehranda vəfat etmişdir.

Həmçinin bax

Üst