Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mahmud Həmid oğlu Həmzəyev (31 yanvar 1949, Qazax – 9 noyabr 2023, Bakı) — Azərbaycan hərbçisi, general-mayor (2002), 2-ci Ordu Korpusunun keçmiş komandiri (200

Mahmud Həmzəyev

Vikipediya, azad ensiklopediya
Mahmud Həmzəyev
Şəxsi məlumatlar
Doğum tarixi 31 yanvar 1949(1949-01-31)
Doğum yeri
  • Qazax, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 9 noyabr 2023(2023-11-09) (74 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Hərbi Memorial Məzarlıq
Hərbi fəaliyyəti
Mənsubiyyəti SSRİ Silahlı Qüvvələri
Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi
General-mayor
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2003

Mahmud Həmid oğlu Həmzəyev (31 yanvar 1949, Qazax – 9 noyabr 2023, Bakı) — Azərbaycan hərbçisi, general-mayor (2002), 2-ci Ordu Korpusunun keçmiş komandiri (2001–2009).

Həyatı

Mahmud Həmid oğlu Həmzəyev 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olmuşdur. 1966–1971-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. 1971–1973-cü illərdə SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, 1973–1975-ci illərdə isə Neft Daşlarında mühəndis vəzifəsində çalışmışdır. 1975-ci ilin sonunda yenidən hərbi xidmətə qayıtmışdır.

1977-ci ildə Uzaq Şərq Ümumqoşun Komandanlıq Məktəbini bitirmişdir. 1976–1980-ci illərdə taqım komandiri, əlahiddə pulemyot-artilleriya bölməsinin komandiri və hərbi hissə komandiri vəzifələrində xidmət etmişdir. 1984–1987-ci illərdə M. V. Frunze adına Hərbi Akademiyada təhsil almışdır. 1986–1987-ci illərdə tank alayı komandirinin müavini, 1987–1992-ci illərdə isə Baltikyanı Hərbi Dairədə I dərəcəli təlim mərkəzinin rəisi vəzifəsində xidmət etmişdir. 1989-cu ildə ona polkovnik hərbi rütbəsi verilmişdir.

Mahmud Həmzəyev 1993-cü ildən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlamışdır. Azərbaycan Ordusunda briqada komandiri, ordu korpusunun qərargah rəisi və ordu korpusunun komandiri vəzifələrində xidmət etmişdir. Gədəbəy istiqamətində briqada komandiri olmuş, daha sonra Beyləqanda yerləşən 2-ci Ordu Korpusunun komandiri vəzifəsində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2002-ci il tarixli Fərmanı ilə Mahmud Həmzəyevə general-mayor ali hərbi rütbəsi verilmişdir. 5 noyabr 2009-cu ildə 2-ci Ordu Korpusunun komandiri vəzifəsindən təqaüdə göndərilmişdir.

Mahmud Həmzəyev 9 noyabr 2023-cü ildə 74 yaşında vəfat etmişdir. Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.

Ailəsi

Mahmud Həmzəyev ailəli olmuşdur. Bir oğlu, bir qızı, dörd nəvəsi var. Oğlu Pərviz Həmzəyev polis polkovnik-leytenantıdır.

Təltifləri

  • "Azərbaycan Bayrağı" ordeni — 24 iyun 2003
Üst