Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun Bəyimsarov kənd inzibati ərazi dairəsinin ərazisində keçmiş kənd.

Maralyansarov (Tərtər)

40°29′11″ şm. e. 46°56′20″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Maralyansarov
40°29′11″ şm. e. 46°56′20″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Tərtər rayonu
Xəritəni göstər/gizlə
Maralyansarov xəritədə
Maralyansarov
Maralyansarov

Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun Bəyimsarov kənd inzibati ərazi dairəsinin ərazisində keçmiş kənd.

Tarixi

Budaqovun və Qeybullayevin müəllifliyi ilə dərc olunmuş "Qarabağda etnik məskunlaşma tarixi və toponimləri" əsərində qeyd olunur ki, Qarabağda Sarov adlı iki kənd vardı: biri Maralyan Sarov, digəri Bəyim Sarov adlanırdı. Əsərdə qeyd olunur ki, Cənubi Azərbaycanın Ərdəbil əyalətinin Bərzənd mahalında Maraluy kəndindən çıxmış ailələrin XVI əsrdə məskunlaşması nəticəsində Maralyan kənd adı yaranmışdır. Əsərə əsasən, bu da Maraluy kənd adından və fars dilində cəm bildirən "-an" şəkilçisindən ibarətdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının ərazisində Maralyansarov adında digər kənd hal hazırda rəsmən mövcuddur və Ağdərə rayonunun Həsənqaya kənd inzibati-ərazi dairəsinin tərkibindədir.

Azərbaycan Respublikasının 5 oktyabr 1999-cu il tarixli Qanunu ilə Tərtər rayonunun Bəyimsarov kənd inzibati-ərazi vahidinin tərkibindəki Maralyansarov kəndinin rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılması qərara alınmışdı.

Üst