Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu — Azərbaycanın Sumqayıt şəhərində stadion. Azərbaycanda dördüncü ən böyük stadiondur.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

  • Ana Səhifə
  • Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu — Azərbaycanın Sumqayıt şəhərində stadion. Azərbaycanda dördüncü ən böyük stadiondur.

Mehdi Hüseynzadə adına
Sumqayıt şəhər stadionu
Xəritə
Yeri Sumqayıt, Azərbaycan
Açılış tarixi 1963
Yenidən qurulma tarixi 2023
Memar O.M.İsayev, Y.P.Tolstonoqov
Tamaşaçı tutumu 10047
Ev sahibi komanda Sumqayıt FK
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stadion Sarıqayabaşı burnu ərazisində yerləşir.

Mündəricat

Tarixi

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun inşasına 1954-cü ildə qərar verilsə də, arenanın tikintisi müəyyən səbəblərə görə təxirə salınmışdı. Lakin 1963-cü ildə meydançanın tikintisinə başlanılmış və 1966-cı il iyulun 1-də istifadəyə verilmişdi.

M. Hüseynzadə adına stadionda ilk oyun SSRİ çempionatının "B qrupu"nda çıxış edən Sumqayıtın "Polad" komandası ilə Belaya Kolitva şəhərinin eyni adlı kollektivi üz-üzə gəlib. Həmin görüş "Gənclər şəhəri" təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Həmin qarşılaşmada yeganə qolun müəllifi Telman Salahov olub.

Stadionun proyektini "Az Dövlət Proyekt" şirkəti verib. O.M. İsayev və Y.P. Tolstonoqov arenanın arxitektorları olub. M. Hüseynzadə adına Sumqayıt şəhər stadionda ilk beynəlxalq oyun 1982-ci ildə Azərbaycanın yeniyetmələrindən ibarət komandası ilə İran millisi arasında olub. Arenadan "Polad", "Vosxod", "Xəzər", "Kimyaçı", "Sumqayıt", "Gənclərbirliyi", "Qarabağ" (Ağdam), "Xəzər Lənkəran" (Lənkəran) və "Standard" komandaları ev oyunları kimi istifadə ediblər.

1985-ci ildə SSRİ-də təşkil olunmuş FIFA Dünya Gənclər Çempionatının "D" qrupunun Çin–Paraqvay oyunu bu stadionda keçirilmişdir. Həmin matçda Çin 2:1 hesabı ilə qalib gəlmişdir.

M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1979-1980-ci illər və 1993-1994-cü illər ərzində təmirə dayandırlıb. Son olaraq isə 2011-ci ildə meydandançada kosmetik təmir işləri aparılıb. Paltardəyişmə və hakimlərin otaqları əsaslı təmir olunub.

2024-2025 UEFA Konfrans Liqası

UEFA-nın Belarusun bütün klublarının və milli komandalarının ev oyunlarını neytral meydançalarda keçirmələri ilə bağlı qərarı ilə əlaqəli olaraq ölkənin "Dinamo Minsk" klubunun 2024-25 UEFA Konfrans Liqasının qrup mərhələsindəki ev oyunlarını bu stadionda oynaması nəzərdə tutulub.

Hazırkı vəziyyəti

21 noyabr 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər planı barədə sərəncam imzalayıb. Sərəncama əsasən stadionun yenidən qurulması məqsədilə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Stadionda tikinti işləri mərhələli şəkildə icra edilməklə, 2022-ci ildə başa çatdırılıb.

Tamaşaçı tutumu 10047 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb. Bildirilib ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var.

Həmçinin bax

  • İnşaatçı stadionu
  • Kapital Bank Arena
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 06, 2026

    Ağasəlim Çildağ

  • Aprel 07, 2026

    İçməli su

  • Aprel 08, 2026

    Ərəb əlifbası

  • Aprel 06, 2026

    Bakı arxipelaqı

  • Mart 27, 2026

    Erotika

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst