Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mikayıl İbrahim oğlu Allahverdiyev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri (1964–1971

Mikayıl Allahverdiyev

Vikipediya, azad ensiklopediya
Mikayıl Allahverdiyev
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri
13 aprel 1964 30 iyun 1971
ƏvvəlkiƏli İbrahimov
SonrakıHilal Əsədov
Şəxsi məlumatlar
Doğum tarixi 1908(1908) (117–118 yaş)
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1946–)

Təltifləri "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı

Mikayıl İbrahim oğlu Allahverdiyev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri (1964–1971).

Həyatı

Mikayıl Allahverdiyev 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bitirmişdir. O, 1926-cı ildən fəhlə fakültəsinin tələbəsi, Xalq Ədliyyə Komissarlığının təşkilat idarəsində katib olmuşdur.

Mikayıl Allahverdiyev 1933–1941-ci illərdə bir sıra neft sənayesi müəssisələrində, eləcə də respublika Dövlət Plan Komitəsində şöbəsi rəisi işləmişdir. 1941–1945-ci illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədən sonra, 1946-cı ildən Azərbaycan boru-prokat zavodu direktorunun müavini müavini olmuş, 1947–1951-ci illərdə Dövlət Plan Komitəsində şöbə rəisi və sədr müavini vəzifələrində çalışmışdır.

1952–1958-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim və dekan işləyən Mikayıl Allahverdiyev 1958-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsində idarə rəisi, komitə sədrinin müavini olmuşdur. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri təyin edilmişdir.

Mikayıl Allahverdiyev 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinə (7-ci çağırış) deputat seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı verilmişdir.

Üst