Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

PAŞA Həyat — Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış sığorta şirkəti. Azərbaycanın ən iri holdinqlərindən biri olan PAŞA Şirkətlər Qrupunun bir hissəsid

PAŞA Həyat

Vikipediya, azad ensiklopediya
PAŞA Həyat Sığorta
PAŞA Həyat Açıq Səhmdar Cəmiyyəti
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Sığorta şirkəti
Məhsulu Sığorta məhsulları
Təsis tarixi 24 noyabr 2010
Struktur
Ana şirkət Paşa Holdinq
Rəhbərlik
Rəhbərlik

Ülviyyə Cabbarova

(İdarə heyətinin sədri)
pasha-life.az

PAŞA Həyat — Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış sığorta şirkəti. Azərbaycanın ən iri holdinqlərindən biri olan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. PAŞA Həyat Sığortanın baş ofisi Bakıda yerləşir.

Ümumi sığorta yığımlarına görə ölkə üzrə sığorta bazarında lider şirkətdir. 31 dekabr 2021-ci il tarixinə olan məlumata əsasən şirkətin ümumi aktivlərinin həcmi 410 mln. 798 min AZN təşkil edir.

Agile idarəetmə prinsipinə keçid edən ilk həyat sığortası şirkətidir.

"PAŞA Həyat" ASC İcbari Sığorta Bürosunun üzvüdür.

Tarixi

“PAŞA Holdinq” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.

İdarəetmə

Səhmdarlar

"PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətinin səhm paylarının 100 %-i PAŞA Holdinq MMC-yə məxsusdur.

İdarə Heyəti

  • Ülviyyə Cabbarova — İdarə Heyətinin sədri
  • Fərid Abdullayev - İdarə Heyəti sədrinin müavini
  • Dilarə Babayeva — İdarə Heyətinin üzvü

Məhsullar

  • Həyatın Yaşam Sığortası
  • İcbari Həyat Sığortası
  • Korporativ Həyat Sığortası
  • “Həyata bağlan” sığortası
  • Kredit Həyat Sığortası
  • Uşaqlar üçün Həyat Sığortası

Beynəlxalq nüfuz / tanınma

PAŞA Həyat bir neçə dəfə beynəlxalq və yerli kütləvi informasiya vasitələri (KİV) tərəfindən müxtəlif istiqamətlər, o cümlədən sığorta haqları yığımı və həyata keçirilən ödənişlər və s. üzrə Azərbaycan sığorta bazarının lideri kimi tanınıb:

  • 2014: "Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə" nominasiyası üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs" mükafatı.
  • Rumıniyanın Braşov şəhərində keçirilən “FIAR 2015 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu”nda xüsusi beynəlxalq mükafat.
  • 2015: "National Brand of Azerbaijan" mükafatı.
  • 2016: Böyük Britaniyanın nüfuzlu “Luxury Lifestyle” şirkəti tərəfindən beynəlxalq mükafat.

Həmçinin bax

Üst