Mileva Mariç (serb. Милева Марић; 19 dekabr 1875 – 4 avqust 1948[…], Sürix) — serb fizik və riyaziyyatçısı. O, Sürix Politexnik İnstitutunun riyaziyyat və fizika şöbəsində təhsil alan ilk qadınlardan biri olmuşdur. Mileva Mariç həm də məşhur fizik Albert Eynşteynin həmkarı və ilk həyat yoldaşıdır. Bir çox elm tarixçisi onun Eynşteynin erkən dövr elmi nailiyyətlərində, xüsusilə Nisbilik nəzəriyyəsinin riyazi əsaslandırılmasında mühüm rol oynadığını iddia edir.
| Mileva Mariç | |
|---|---|
| serb. Милева Марић | |
| |
| Doğum adı | Mileva Marić |
| Doğum tarixi | 19 dekabr 1875 |
| Vəfat tarixi | 4 avqust 1948[…] (72 yaşında) |
| Vəfat yeri |
|
| Həyat yoldaşı |
|
| Təhsili |
|
Təhsili və elmi fəaliyyəti
Mileva Mariç gənc yaşlarından riyaziyyat və fizikaya olan qeyri-adi marağı ilə seçilmişdir. O dövrdə qadınların ali təhsil alması məhdud olsa da, o, 1896-cı ildə Sürix Politexnik İnstitutuna qəbul olmağı bacarmışdır. Burada o, Albert Eynşteyn ilə tanış olmuş və onlar birgə elmi araşdırmalar aparmağa başlamışdırlar.
Eynşteynin öz dostlarına yazdığı məktublarda "bizim işimiz", "bizim nəzəriyyəmiz" kimi ifadələr işlətməsi, Milevanın elmi proseslərdə aktiv iştirakını sübut edən mühüm faktlardandır. Xüsusilə Fotoeffekt və Braun hərəkəti mövzusundakı mürəkkəb riyazi hesablamaların Mileva tərəfindən yerinə yetirildiyi ehtimal olunur.
Şəxsi həyatı və mirası
1903-cü ildə Albert Eynşteyn ilə ailə quran Milevanın bu izdivacdan üç övladı dünyaya gəlmişdir. Lakin elmi karyerası, ailə qayğıları və dövrün qadın alimlərə qarşı olan qərəzli münasibəti səbəbindən o, rəsmi olaraq elmi nəşrlərdə adını qeyd etdirə bilməmişdir. 1919-cu ildə boşandıqdan sonra, Eynşteyn 1921-ci ildə aldığı Nobel Fizika Mükafatının pul mükafatını tamamilə Milevaya vermişdir ki, bu da onun elmi əməyinin gizli bir etirafı kimi qəbul edilir.
