Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rustov — Azərbaycan Respublikasının Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində y

Rustov (kənd)

  • Ana Səhifə
  • Rustov (kənd)

Rustov — Azərbaycan Respublikasının Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində yerləşən gözəl bir qəsəbədir. Qəsəbədə bir çox tarixi abidələr vardır.

Rustov
41°15′03″ şm. e. 48°34′50″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 571 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 9.061 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4000
Xəritəni göstər/gizlə
Rustov xəritədə
Rustov
Rustov

Mündəricat

Tarixi

Qədim tarixə malikdir. Qəsəbədə olan tarixi abidələr və tapıntılar bunu sübut edir. 1587 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Rustov sancağı olmuşdur.

Toponimikası

Rustov oyk., sadə. Rustov çökəkliyindədir. Yerli tələffüz forması Rustadır. 1728-ci ilə aid xəritədə Rəstab kimi qeydə alınmışdır. Oykonimin İran dillərindəki rusta (kənd, qəsəbə) sözündən olması güman edilir. Erkən orta əsrlərdə hökmdara məxsus torpaqlara rustak deyilirdi. Rustak eyni zamanda XIII–XIV əsrlərdə İranda inzibati bölgü vahidi olmuşdur. XVI əsrə aid mənbələrdə Şirvanın səkkiz mahalından biri olan Rustovun 30 kənddən və 675 evdən ibarət olması haqqında məlu¬mat verilir.

Mədəniyyəti

  • Böyük mədəniyyətə sahib olan bu qəsəbə Quba–Qafqaz xalçaçılığının inkişafında mühüm rol oynayır. Rustovda XIV əsrə aid məscid yerləşir.

Coğrafiyası və iqlimi

  • Böyük Qafqaz dağlarının ətəklərində yerləşir, mülayim iqlimə malikdir.

Əhalisi

Kəndin əhalisini tatlar təşkil edir. Rustov qəsəbəsi tərkibində 12 (oniki) kənd var ki onların əhalisi irandilli qrupa aiddir. Rustov qəsəbəsində 6 (altı) min Tat əhali yaşayır. Tat xalqının ən qədim yaşayış yerlərindən biridir. Rustov tat dilində (rusta) yəni kənd və ya kəndli mənası verir. Tatların öz milli tat dilləri var. 2009-cu ilin siyahıyaalınmasına görə əsasən kəndə 946 nəfər əhali yaşayır.

Tanınmışları

  • Qiyasəddin Qeybullayev (1934–2002) — Professor.
  • Bəşir Səfəroğlu (1925-1969) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti.

İqtisadiyyatı

  • Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olunur. Heyvandarlıqla, bağçılıqla, xalçaçılıqla məşğul olunur.

Həmçinin bax

  • Quba rayonu
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 10, 2026

    Polşa zlotı

  • Aprel 11, 2026

    Tamilla Rüstəmova

  • Aprel 07, 2026

    Lamiya (şəhər)

  • Aprel 09, 2026

    Bülbül adına Uşaq İncəsənət Məktəbi (Sumqayıt)

  • Aprel 05, 2026

    Culfa (Azərbaycan)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst