Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mixeil Kavelaşvili (gürc. მიხეილ ყაველაშვილი; 22 iyul 1971[…], Bolnisi) – Gürcüstan siyasətçisi və keçmiş peşəkar futbolçu. O, Gürcüstan milli futbol komandasın

Mixail Kavelaşvili

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Mixeil Kavelaşvili
gürc. მიხეილ ყაველაშვილი
Gürcüstan Prezidenti
Vəzifədədir
29 dekabr 2024-cüildən
ƏvvəlkiSalome Zurabişvili
Gürcüstan Parlamentinin deputatı
18 noyabr 2016 10 dekabr 2024
Şəxsi məlumatlar
Doğum tarixi 22 iyul 1971(1971-07-22)[…] (54 yaş)
Doğum yeri
Partiya
  • Gürcü Arzusu (–2024),
  • Xalqın Gücü[d] (2024–)
Fəaliyyəti futbolçu, siyasətçi, iqtisadçı, atlet
Dini Gürcü Ortodoks Kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mixeil Kavelaşvili (gürc. მიხეილ ყაველაშვილი; 22 iyul 1971[…], Bolnisi) – Gürcüstan siyasətçisi və keçmiş peşəkar futbolçu. O, Gürcüstan milli futbol komandasının keçmiş hücumçusu və 2016-cı ildən etibarən Gürcüstan parlamentinin üzvüdür. O, 2024-cü il prezident seçkiləri nəticəsində Gürcüstan Respublikasının 6-cı Prezidenti seçilib.

Erkən Həyatı və Təhsili

Mixeil Kavelaşvili 22 iyul 1971-ci ildə Gürcüstan SSR-in Bolnisi şəhərində anadan olub.1990-cı ildən etibarən uğurlu futbol karyerasına başlamışdır. Futbol karyerasına "Dinamo Tbilisi" klubunun gənclər sistemində başlayıb. Futbolçu karyerasını 2006-cı ildə başa vurub və idman sahəsində qazandığı uğurlarla yadda qalıb. Kavelaşvilinin ali təhsili yoxdur. Bu, onun 2015-ci ildə Gürcüstan Futbol Federasiyasının rəhbərliyinə namizədliyini irəli sürməsinə mane olub. Lakin bu fakt onun digər sahələrdə uğur qazanmasına əngəl olmayıb.

Futbol karyerası

Klub Karyerası

Kavelaşvili peşəkar futbolçu kimi hücumçu mövqeyində çıxış edib. O, karyerası ərzində aşağıdakı klublarda oynayıb:

  • Dinamo Tbilisi (1988–1995): 132 oyun, 80 qol.
  • Spartak Vladikavkaz (1994–1995, 2004): 31 oyun, 12 qol.
  • Manchester City (1995–1997): 28 oyun, 3 qol.
  • Grasshoppers (1997–1999): 59 oyun, 20 qol.
  • Zürich (1999–2002): 81 oyun, 28 qol.
  • Luzern (2002–2003): 25 oyun, 5 qol.
  • Sion (2003–2004): 10 oyun, 6 qol.
  • Aarau (2004–2005): 16 oyun, 8 qol.
  • Basel (2005–2006): 14 oyun, 4 qol.

Milli Karyera

Gürcüstan milli futbol komandasında 1991–2002-ci illər arasında 46 oyuna çıxaraq 9 qol vurmuşdur.

Siyasi Karyerası

2016-cı ildə Kavelaşvili Gürcü Arzusu partiyasının üzvü kimi Gürcüstan Parlamentinə deputat seçilib. 2022-ci ildə partiyadan ayrılaraq Xalqın Gücü adlı siyasi təşkilatın həmtəsisçisi olub. 2024-cü ilin noyabrında hakim "Gürcü Arzusu" partiyası onu prezidentliyə namizəd irəli sürüb. 14 dekabr 2024-cü ildə keçirilən seçkilərdə qalib gələrək Gürcüstan Prezidenti seçilib. Andiçmə mərasimi 29 dekabr 2024-cü ildə baş tutacaq.

Şəxsi Həyatı

Mixeil Kavelaşvili Tamara Baqrationi ilə evlidir. Cütlüyün dörd övladı var: Mariam (d. 1993), Gurami (d. 1996), Elizabet (d. 2000) və Tamaranın əvvəlki evliliyindən olan oğlu Georgi.

Üst