Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Muğanlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Karrar qəsəbə inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Res

Muğanlı (Kürdəmir)

40°19′20″ şm. e. 48°19′29″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Muğanlı
40°19′20″ şm. e. 48°19′29″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Muğanlı xəritədə
Muğanlı
Muğanlı

MuğanlıAzərbaycan Respublikasının Kürdəmir rayonunun Karrar qəsəbə inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Kürdəmir rayonunun Muğanlı kəndi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Karrar qəsəbəsi mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası

Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr salmışlar. Oykonim türkdilli tayfa olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşlar. Tayfa vaxtilə Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə tanınmışdır. Azərbaycan ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur.

Tarixi

Coğrafiyası və iqlimi

Kənd Şirvan düzündə yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 909 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax

Üst