Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Musa Qurbanlı 2017-ci ilin avqustunda “Qarabağ” ilə müqavilə imzalayıb. O, komandada debütünü 2019-cu il dekabrın 20-də Azərbaycan Kubokunda “Keşlə”yə qarşı keç

Musa Qurbanlı

Vikipediya, azad ensiklopediya
Musa Qurbanlı
Ümumi məlumatlar
Tam adı Musa Qurban oğlu Qurbanlı
Doğum tarixi 13 aprel 2002(2002-04-13) (24 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
  • Bakı şəhəri 6 nömrəli tam orta məktəb
Boyu 1,83 m
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub Azərbaycan Qarabağ
Nömrəsi 22
Karyerası
Klub karyerası
2019—2023 Azərbaycan Qarabağ 52 (30)
2020—2021   Azərbaycan Zirə 9 (1)
2023—2024 İsveç Yurqorden 16 (2)
2024—h.h Azərbaycan Qarabağ 2 (0)
Milli yığma
Azərbaycan Azərbaycan (16 yaşlılar) 1 (2)
2017—2018 Azərbaycan Azərbaycan (17 yaşlılar) 3 (1)
2019 Azərbaycan Azərbaycan (19 yaşlılar) 6 (0)
2019—2021 Azərbaycan Azərbaycan (21 yaşlılar) 12 (5)
2020—h.h Azərbaycan Azərbaycan 14 (3)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 24 sentyabr 2024 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 24 sentyabr 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musa Qurbanlı (13 aprel 2002, Bakı) — azərbaycanlı futbolçu, "Qarabağ" klubunun hücumçusu.

Klub karyerası

"Qarabağ"

Musa Qurbanlı 2017-ci ilin avqustunda “Qarabağ” ilə müqavilə imzalayıb. O, komandada debütünü 2019-cu il dekabrın 20-də Azərbaycan Kubokunda “Keşlə”yə qarşı keçirib və bu oyunda “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib.

2021-ci il yanvarın 21-i Zirə klubu ilə "Qəbələ"yə qarşı Premyer Liqa matçında ilk rəsmi qolunu vurmuşdur. 26 yanvar 2021-ci ildə Azərbaycan Kubokunda Lökbatanın "Qaradağ" klubuna qarşı matçda qol vurmuşdur.

O, Azərbaycan Premyer Liqasında "Qarabağ"ın heyətində 25 sentyabr 2020-ci ildə "Sumqayıt"la oyunda debüt edib.

2022-23 mövsümündə 21 qol və 7 məhsuldar ötürmə ilə çempionatın bombardirlik siyahısında ikinci yeri tutdu.

"Yurqorden"

2022-2023 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlərindən olan Qurbanlı 2023-cü ilin iyul ayında İsveçin "Yurqorden" klubu ilə 3 illik müqavilə imzalayıb. Gənc futbolçunun illik qazancının 200 min avro olacağı bildirilib. “Yurqorden” “Qarabağ”a isə 500 min avroya yaxın ödəniş edib.

"Qarabağ"a geri dönüş

14 iyun 2024-cü ildə "Qarabağ" Qurbanlı ilə 3 illik müqavilə imzalayıb.

Beynəlxalq karyerası

Musa Qurbanlı 31 may 2019-cu ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb.

O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində 6 iyun 2020-ci ildə AVRO-2021 U21 Çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn U21-ə qarşı oyunda rəsmi debüt edib. 26 may 2021-ci ildə Ukrayna 21 yaşlıları ilə keçirilən yoldaşlıq matçında ilk qolunu vurdu.

12 oktyabr 2021-ci ildə seçmə mərhələ çərçivəsində Xorvatiyalı həmyaşıdları ilə keçirilən matçda, U21 millisində ilk rəsmi qolunu vurdu.

Qurbanlı Azərbaycan əsas millisində debütünü 2020-ci il noyabrın 11-də Sloveniya ilə yoldaşlıq görüşündə keçirib.

Karyera statistikası

Klub

9 Yanvar 2024 tarixində yenilənib
Klub, mövsüm və yarış üzrə oyun və qol sayı
Klub Mövsüm Liqa Milli Kubok Qitə Digər Ümumi
DivisionOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Qarabağ 2019–20 Azərbaycan Premyer Liqası 00100010
2020–21 Azərbaycan Premyer Liqası 51001061
2021–22 Azərbaycan Premyer Liqası 1582160239
2022–23 Azərbaycan Premyer Liqası 322122403823
Ümumi 432753110--5930
Zirə (icarə) 2020–21 Azərbaycan Premyer Liqası 9121112
Yurqorden 2023 Allsvenskan 1421120173
Qarabağ 2024–25 Azərbaycan Premyer Liqası 2 0 0 0 2 0
Karyerası Cəmi 683085130008935
  1. Azərbaycan Kuboku daxil olmaqla
  2. UEFA Çempionlar Liqasında və UEFA Avropa Liqasında oynamayıb
  3. UEFA Çempionlar Liqasında oynamayıb, UEFA Avropa Liqasında bir oyun keçirib
  4. UEFA Avropa Konfrans Liqasında oyun sayı
  5. UEFA Çempionlar Liqasında oynamayıb, UEFA Avropa Liqasında iki oyun keçirib, UEFA Avropa Konfrans Liqasında iki oyun keçirib

Milli

24 sentyabr 2024 tarixində yenilənib
İlOyunQol
202010
202241
2023 5 0
2024 4 2
Ümumi143
Nəticə sütunu Azərbaycanın qol sayını göstərir, hesab sütunu Qurbanlının hər qolundan sonrakı hesabı göstərir.
Musa Qurbanlının beynəlxalq oyunlarda vurduğu qolların siyahısı
Say Tarix Stadion Rəqib Hesab Nəticə Yarış
1 20 noyabr 2022 Tose Proeski Arena, Skopye, Şimali Makedoniya  Şimali Makedoniya 2–1 3–1 Yoldaşlıq oyunu
2 25 mart 2024 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan  Bolqarıstan 1–1 1–1 Yoldaşlıq oyunu
3 7 iyun 2024 Haladaş İdman Kompleksi, Sombatxey, Macarıstan  Albaniya 1–3 1–3 Yoldaşlıq oyunu

Şəxsi həyatı

Qurbanlı Azərbaycan millisinin keçmiş oyunçusu və "Qarabağ FK"un baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa Qurbanlı eyni zamanda futbolçu Musa Qurbanovun qardaşı oğludur.

Üst