Şamaxı FK — Azərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə 1-ci Liqanın qalibi olaraq növbəti mövsümdə Preymer liqaya yüksəlib.
| Şamaxı FK | |||
|---|---|---|---|
| |||
| Klubun tam adı | Şamaxı Futbol Klubu | ||
| Ölkə | | ||
| Ləqəb(lər) | şirlər | ||
| Rəng(lər) | Göy | ||
| Yaranma tarixi | 1997) | ||
| Stadionu | Şamaxı Şəhər Stadionu | ||
| Tutumu | 2.200 | ||
| Sahibi | “Şamaxı FK” İctimai Birliyi | ||
| İdarə heyətinin sədri | Elçin Usub | ||
| Baş mencer | Kamran İsmayılov | ||
| Baş məşqçisi | | ||
| Kapitanı | | ||
| Liqa | | ||
| 2024-25 | 7 | ||
| |||
| Rəsmi saytı | |||
2004-cü ilə kimi Xəzər Universiteti 2017-ci ilə kimi İnter 2022-ci ilə kimi isə Keşlə FK adı altında mübarizə aparıb.
Tarixi

"Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/2004 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur.
Bu nəticə "Xəzər Universiteti"nə UEFA-İntertoto kubokunda iştirak etmək hüququ qazandırdı.
- Yarışın birinci mərhələsində "Xəzər Universiteti" Avstriyanın "Bregents" komandasını sıradan çıxardı: 3:0 (+:-) və 2:1.
- İkinci mərhələdə isə "Xəzər Universiteti"nin rəqibi Finlandiyanın "Tampere Yunayted" komandası oldu. Komandamız ilk görüşdə 0:3 hesabı ilə uduzsa da, Bakıda keçirilən təkrar qarşılaşmada 1:0 qalib gələrək, UEFA-İntertoto Kubokunda iştirakını dayandırdı.
Beləliklə, Azərbaycan klublarının avrokubok tarixində "Xəzər Universiteti" ilk dəfə olaraq, bir avrokubok mövsümndə 3 qələbə qazandı. 2004-cü ilin yayından "Xəzər Universiteti" komandasının bütün hüquqları yeni yaradılmış "İnter-Bakı" Peşəkar Futbol Klubuna keçmiş və komanda 13-cü Azərbaycan çempionatına da "İnter-Bakı" adı ilə başlamışdır. Bir müddət sonra isə klubda struktur dəyişikliyi edilmiş və "İnter-Bakı" Peşəkar Futbol Klubu "İnter" Peşəkar İdman Klubuna çevrilmişdir. Beləliklə, futbol komandasının adı 13-cü çempionatın ortalarından rəsmi şəkildə "İnter" kimi təsdiq olunub. 13-cü çempionatda "İnter" gözəl oyunu ilə fərqlənsə də, yekun cədvəldə 7-ci pillə ilə kifayətlənib. 14-cü Milli çempionatımızda isə "İnter" medallara layiq yer tutmağa çox yaxın olsa da komanda yekun cədvəldə 4-cü yerdən yuxarı qalxa bilməmişdir. Gənc komanda olmasına baxmayaraq, 2007–2008-ci il mövsümündə ölkə çempionu olub. Növbəti çempionatda isə 2-ci yeri tutub. 2009–2010-cu il mövsümündə "İnter" ikinci dəfə Azərbaycan çempionu adını qazandı. 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 256,5 xal ilə Azərbaycan klubları arasında 4-cü, dünyada isə 465-ci pillədə başa vurmuşdur.
2017-ci il 28 oktyabrdan etibarən klub rəsmən "Keşlə" adlandırılıb. 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.
Liqa və kubok tarixi
| Mövsüm | Liqa | Azərbaycan kuboku | Bombardir | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Div. | Yer | Oy. | Q | H | M | VQ | BQ | X | Adı | Liqa | |||
| 1999–00 | 1 | 11 | 22 | 5 | 3 | 14 | 19 | 41 | 18 | 1/8 Final | 7 | ||
| 2000–01 | 1 | 7 | 20 | 9 | 2 | 9 | 26 | 38 | 29 | 1/8 Final | 8 | ||
| 2003–2004 | 1 | 4 | 26 | 15 | 6 | 5 | 43 | 16 | 51 | 1/8 Final | 6 | ||
| 2004–2005 | 1 | 7 | 34 | 19 | 9 | 6 | 44 | 24 | 66 | Finalçı | 10 | ||
| 2005–2006 | 1 | 4 | 26 | 14 | 8 | 4 | 35 | 14 | 50 | 1/4 Final | 6 | ||
| 2006–2007 | 1 | 4 | 24 | 13 | 6 | 5 | 36 | 12 | 45 | Yarımfinal | 6 | ||
| 2007–2008 | 1 | 1 | 26 | 18 | 4 | 4 | 55 | 18 | 58 | Finalçı | 19 | ||
| 2008–2009 | 1 | 2 | 26 | 18 | 7 | 1 | 54 | 16 | 61 | Finalçı | 17 | ||
| 2009–10 | 1 | 1 | 32 | 22 | 12 | 8 | 58 | 37 | 78 | Yarımfinal | 12 | ||
| 2010–11 | 1 | 5 | 32 | 13 | 10 | 9 | 29 | 24 | 49 | Finalçı | 5 | ||
| 2011–12 | 1 | 3 | 32 | 16 | 8 | 8 | 29 | 21 | 56 | Yarımfinal | 7 | ||
| 2012–13 | 1 | 3 | 32 | 16 | 9 | 7 | 38 | 22 | 57 | 1/4 Final | 8 | ||
| 2013–14 | 1 | 2 | 36 | 20 | 7 | 9 | 60 | 37 | 67 | 1/4 Final | 16 | ||
| 2014–15 | 1 | 2 | 32 | 17 | 12 | 3 | 55 | 20 | 63 | Yarımfinal | 9 | ||
| 2015–16 | 1 | 4 | 36 | 16 | 11 | 9 | 39 | 28 | 59 | Yarımfinal | 6 | ||
| 2016–17 | 1 | 3 | 28 | 11 | 10 | 7 | 39 | 33 | 43 | Yarımfinal | 11 | ||
| 2017–18 | 1 | 6 | 28 | 8 | 7 | 13 | 29 | 39 | 31 | Qalib | 4 | ||
| 2018–19 | 1 | 8 | 28 | 6 | 5 | 17 | 29 | 45 | 23 | 1/4 Final | 5 | ||
Uğurları
- Azərbaycan çempionatı:
Qızıl medal (2) — 2007/2008, 2009/2010
Gümüş medal (3) — 2008/2009, 2013/2014, 2014/2015
Bürünc medal (3) — 2011/2012, 2012/2013, 2019/2020
- Azərbaycan Kuboku:
Qızıl medal (2) — 2017/2018, 2020/2021
Finalçı (4) — 2004/2005, 2007/2008, 2008/2009, 2010/2011
- Azərbaycan Birinci Liqası:
Qızıl medal (1) — 2023/2024
- Birlik Kuboku:
Qalib — 2011- 1/2 finalçı — 2009
Keşlə Avrokuboklarda
Son yenilənmə: 2020-ci il
| Turnir | Oyunlar | Q | H | M | VQ | BQ |
|---|---|---|---|---|---|---|
| UEFA Çempionlar Liqası | 6 | 1 | 3 | 2 | 3 | 5 |
| UEFA Avropa Liqası | 26 | 12 | 7 | 7 | 37 | 29 |
| UEFA İntertoto Kuboku | 4 | 3 | 0 | 1 | 6 | 4 |
| Cəmi | 36 | 16 | 10 | 10 | 46 | 38 |
| Mövsüm | Turnir | Mərhələ | Klub | Ev | Qonaq | Ümumi | |
|---|---|---|---|---|---|---|---|
| 2004 | UEFA İntertoto Kuboku | 1R | 2–1 | 3–0 | 5–1 | ||
| 2R | 1–0 | 0–3 | 1–3 | ||||
| 2008–09 | UEFA Çempionlar Liqası | 1M | 0–0 | 1–1 | 1–1(a) | ||
| 2M | 1–1 | 0–2 | 1–3 | ||||
| 2009–10 | UEFA Avropa Liqası | 2M | 1–2 | 1–3 | 1–5 | ||
| 2010–11 | UEFA Çempionlar Liqası | 1M | 0–1 | 1–0 | 1–1(8–9 p.) | ||
| 2012–13 | UEFA Avropa Liqası | 1M | 5–0 | 2–0 | 7–0 | ||
| 2M | 1–1 | 1–1 | 2–2(2–4 p.) | ||||
| 2013–14 | UEFA Avropa Liqası | 1M | 1–1 | 2–0 | 3–1 | ||
| 2M | 1–0 | 0–2 | 1–2 | ||||
| 2014–15 | UEFA Avropa Liqası | 1M | 3–1 | 3–2 | 6–3 | ||
| 2M | 0–1 | 1–0 | 1–1(3–4 p.) | ||||
| 2015–16 | UEFA Avropa Liqası | 1M | 0–0 | 1–1 | 1–1(a) | ||
| 2M | 2–2(ə.v.) | 2–1 | 4–3 | ||||
| 3M | 0–0 | 0–2 | 0–2 | ||||
| 2017–18 | UEFA Avropa Liqası | 1M | 2–0 | 3–0 | 5–0 | ||
| 2M | 1–0 | 1–4 | 2–4 | ||||
| 2018–19 | UEFA Avropa Liqası | 1M | 2–1 | 1–4 | 3–5 | ||
| 2020–21 | UEFA Avropa Liqası | 1M | 0–0(4–5 p.) | — | — | ||
| 2021–22 | UEFA Konfrans Liqası | 2M | 2–4 | 0–3 | 2–7 |
Heyəti
- 19 yanvar 2025 tarixində yenilənib
|
|
2025-ci ilin sonuna olan məlumatına əsasən Şamaxı FK heyət dəyəri 6.55 milyon avro təşkil edir.
