Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mürsəl Qorxmaz oğlu İbrahimov (20 sentyabr 1970, Bakı) — Azərbaycan hərbi və ictimai-siyasi xadimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Mürsəl İbrahimov

  • Ana Səhifə
  • Mürsəl İbrahimov

Mürsəl Qorxmaz oğlu İbrahimov (20 sentyabr 1970, Bakı) — Azərbaycan hərbi və ictimai-siyasi xadimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2023-cü ildən), general-mayor (2025).

Mürsəl İbrahimov
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
Vəzifədədir
17 aprel 2023-cü ildən
  1. i. e. 14–16 fevral 2024
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
ƏvvəlkiArzu Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 20 sentyabr 1970(1970-09-20) (55 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1987–1992)
Hərbi xidmət
Xidmət illəri 1992–2015, 2023–h. h.
Rütbəsi
General-mayor

Təltifləri "Hərbi xidmətlərə görə" medalı — 20152015 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 20242024 "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı"Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Həyatı

Mürsəl Qorxmaz oğlu İbrahimov 20 sentyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Bakı şəhəri, 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olmuş, 1992-ci ildə mühəndis ixtisası ilə ali təhsilini başa vurmuşdur. 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası ilə bitirmişdir.

1992-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xidmətə qəbul olunaraq, nazirliyin qurumlarında, o cümlədən Daxili Təhqiqatlar İdarəsinin əməliyyat, ərizə və şikayətlər şöbələrində müxtəlif vəzifələrdə xidmət keçmişdir.

2006-cı ilin sentyabr ayından xidməti Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti) davam etdirmiş, İnspektorluq İdarəsində müxtəlif zabit, şöbə rəisi vəzifələrində xidmət keçmişdir. 2008-ci ilin aprel ayında həmin idarənin rəis müavini, 2011-ci ilin may ayından isə nazirliyin Kadrlar Baş İdarəsinin rəis müavini vəzifələrində xidmətini davam etdirmişdir.

2015-ci ilin noyabr ayında öz arzusu ilə polkovnik rütbəsində təhlükəsizlik orqanlarının ehtiyatına buraxılmışdır.

2016–2023-cü illər ərzində "Kapital Bank" ASC-nin Təhlükəsizlik Departamentinin direktoru vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 2015-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli Sərəncamı ilə Mürsəl İbrahimova general-mayor ali hərbi rütbəsi verilmişdir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 05, 2026

    Zaqafqaziya Komissarlığı

  • Aprel 09, 2026

    Quşçu (Marneuli)

  • Aprel 07, 2026

    Ağbaba mahalı

  • Aprel 04, 2026

    Çingiz Hacıbəyov

  • Aprel 03, 2026

    Yiyəlik hal

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst