Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Musa ibn Müslihəddin ibn Qılınc (türk. Musa bin Muslihiddin bin Kılıçın) və ya Mərkəz Əfəndi (türk. Merkez Efendi; 1463, Dənizli – 1552, İstanbul) — Osmanlı döv

Mərkəz Əfəndi

Vikipediya, azad ensiklopediya
Mərkəz Əfəndi
Doğum tarixi 1463(1463)
Doğum yeri
  • Dənizli, Türkiyə
Vəfat tarixi 1552(1552) (88–89 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
  • Şah Sultan

Musa ibn Müslihəddin ibn Qılınc (türk. Musa bin Muslihiddin bin Kılıçın) və ya Mərkəz Əfəndi (türk. Merkez Efendi; 1463, Dənizli – 1552, İstanbul) — Osmanlı dövrünün islam alimi və sufi şeyxi olmuşdur. O həmçinin, bir çox faydaları ilə yanaşı ruhi xəstəliklərin müalicəsində təsirli olduğuna inanılan müalicəvi məcun — "mesir məcunu"nun banisi kimi tanınır.

Həyatı

Musa ibn Müslihəddin ibn Qılınc 1463-cü ildə Dənizli vilayətinin Buldan rayonunda yerləşən Ağcaköydə (o dövrdə Sarımahmudlu adlanırdı) anadan olmuşdur. Atasının adı Mustafa idi. O, 1478-ci ildə Bursa şəhərinə, 1493-cü ildə isə dini təhsil almaq üçün İstanbula getmişdir. O, burada Xızır Vəlüyiddin Əfəndi ve Mövlana Əhməd Paşa’dan dersler almıştır. Onun digər müəllimi xəlvətilik təriqətinin bir qolunun banisi olan Sünbül Əfəndi idi. Osmanlı sultanı I Səlimin hakimiyyəti dövründə (hakimiyyəti: 1512–1520-ci illər) Manisaya göndərilmiş, sultanın cariyəsi Ayşə Həfsə Sultanın adını daşıyan külliyyədə xidmət etmişdir. 1529-cu ildə Sünbül Əfəndinin varisi kimi yenidən İstanbula qayıtmışdır. Alimlər tərəfindən ehtimal olunur ki, 1551-ci ildən ölümünə qədər I Səlimin qızlarından Şah Sultan ilə qısa müddətli evlilik yaşamışdır. İlk evliliyindən iki oğlu — Dərviş Çələbi və Əli Çələbi, həmçinin Ümmü Xatun adlı bir qızı olmuşdur.

Mesir məcunu

Mərkəz Əfəndi 40–45 müxtəlif ot və ədviyyatın qarışığından hazırladığı, saqqıza bənzər məcun olan "mesir məcunu"nun yaradıcısı kimi tanınır. O, Manisada yerləşən ruhi xəstəxanada bu məcunu ruhi xəstəliklərdən əziyyət çəkən xəstələrin müalicəsində tətbiq etmiş və həmin müəssisədə baş həkim kimi fəaliyyət göstərmişdir. Bununla belə, bəzi tədqiqatçılar bu iddianı inandırıcı hesab etmirlər. Buna baxmayaraq, Mərkəz Əfəndi xalq arasında mesir macunu ilə sıx şəkildə əlaqələndirilir. Hər il 22 mart tarixində Manisada keçirilən "Mesir Məcunu Festivalı" zamanı minarənin şərəfəsindən simvolik Mərkəz Əfəndi fiquru tərəfindən mesir macunu izdihamın üzərinə səpələnir.

İrsi

Son dövrlərdə Dənizli vilayətində yaradılmış yeni ikinci dərəcəli bələdiyyə və rayon onun şərəfinə Mərkəzəfəndi adlandırılmışdır. İstanbulun Zeytunburnu rayonunda Mərkəzəfəndi adlı məhəllə və Mərkəzəfəndi qəbiristanlığı mövcuddur. Onun adını daşıyan müxtəlif ictimai müəssisələr var. Bunlara Manisada dövlət xəstəxanası, peşə və texniki Anadolu liseyi, eləcə də İstanbulda ibtidai məktəb daxildir. Zeytunburnu Bələdiyyəsi hər il onun adını daşıyan Tibb Festivalı təşkil edir.

Üst