Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Namiq Sərəfruz oğlu İslamzadə (7 may 1974, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, İkinci Qarabağ müharibəsinin komand

Namiq İslamzadə

  • Ana Səhifə
  • Namiq İslamzadə

Namiq Sərəfruz oğlu İslamzadə (7 may 1974, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanı.

Namiq İslamzadə
Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin komandanı
Vəzifədədir
18 sentyabr 2024-cü ildən
NazirZakir Həsənov
ƏvvəlkiRamiz Tahirov
Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri
sentyabr 2021 – 18 sentyabr 2024
Əvvəlkivəzifə təsis edilib
SonrakıZaur Rüstəmov
Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini — Aviasiya rəisi
2019 – 2021
Şəxsi məlumatlar
Doğum tarixi 7 may 1974(1974-05-07) (51 yaş)
Doğum yeri
  • Yeni Daşkənd, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Cəmşid Naxçıvanski adına hərbi lisey (1988–1991),
  • Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbi[d] (1991–1992),
  • Türkiyə Hərbi Hava Qüvvələri Akademiyası (1992–1996)
Fəaliyyəti pilot
Uşağı 3
Hərbi xidmət
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Hərbi Hava Qüvvələri
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Rütbəsi
General-leytenant
Təltifləri Vətən Müharibəsi Qəhrəmanı — 2020
"Azərbaycan Bayrağı" ordeni — 2008 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı "Hərbi xidmətlərə görə" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı 3-cü dərəcəli "Rəşadət" ordeni — 2025 "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
"Vətən müharibəsi iştirakçısı" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981–1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988–1991-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxumuşdur. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olmuş, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil almışdır. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıtmış, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil almışdır. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilmiş və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olmuşdur.

1996-cı ildən Azərbaycan Hərbi Hava Qüvvələrində təyyarəçi, baş təyyarəçi, aviasiya manqasının komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, aviabaza komandiri kimi müxtəlif vəzifələrdə xidmət edib.

Namiq İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir.

Polkovnik Namiq İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.

2019–2021-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini — Aviasiya rəisi vəzifəsində xidmət etmiş və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri Komandanının müavini — Hava Döyüş Komandiri vəzifəsinə təyin olunmuşdur.

25 iyun 2024-cü ildə general-leytenant ali hərbi rütbəsini almışdır.

Prezident İlham Əliyevin 18 sentyabr 2024 tarixli müvafiq sərəncamı ilə Namiq İslamzadə müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin Komandanı təyin olunub.

İngilis və rus dillərini bilir.

Təltifləri

Mayor Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

Polkovnik-leytenant Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Polkovnik Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

9 dekabr 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Talıb Tale

  • Mart 26, 2026

    Süleyman Ələsgərov (bəstəkar)

  • Aprel 05, 2026

    Milli Məclis

  • Aprel 05, 2026

    Qobustan kölgələri

  • Aprel 05, 2026

    Əli Tağızadə

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst