Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zaur Zeynalabdul oğlu Rüstəmov (1975, Kürdmaşı, İsmayıllı rayonu) — Azərbaycan hərbçisi, general-mayor (2022), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərb

Zaur Rüstəmov

  • Ana Səhifə
  • Zaur Rüstəmov

Zaur Zeynalabdul oğlu Rüstəmov (1975, Kürdmaşı, İsmayıllı rayonu) — Azərbaycan hərbçisi, general-mayor (2022), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri (2024-cü ildən).

Zaur Rüstəmov
Azərbaycan Hərbi Hava Qüvvələri komandanın müavini — Hava Döyüş komandiri
Vəzifədədir
7 noyabr 2024-cü ildən
ƏvvəlkiNamiq İslamzadə
Şəxsi məlumatlar
Doğum tarixi 1975(1975) (50–51 yaş)
Doğum yeri
  • Kürdmaşı, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili Türkiyə Hərbi Hava Qüvvələri Akademiyası (1992–1996),
Cəmşid Naxçıvanski adına hərbi lisey (1989–1992)
Fəaliyyəti pilot
Hərbi xidmət
Xidmət illəri 1996-cı ildən
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Hərbi Hava Qüvvələri
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
Rütbəsi
General-mayor

Təltifləri "Qarabağ" ordeni — 20202020 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20252025 "Cəbrayılın azad olunmasına görə" medalı — 20202020 "Füzulinin azad olunmasına görə" medalı — 20202020 "Ağdamın azad olunmasına görə" medalı — 20202020 "Vətən uğrunda" medalı — 20182018 "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı

Həyatı

Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Əvvəlcə İsmayıllı rayonunun Kürdmaşı orta məktəbində, ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. Hərbi liseydən sonra, 1992-ci ildə dövlətimiz tərəfindən Türkiyə Respublikasına hərbi təhsil almaq üçün göndərilmişdir. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri olaraq vətənə qayıtmış Azərbaycan Respublikası Silahlı qüvvələrinində xidmətə davam etmişdir. O, əsasən Su-24 və Miq-29 çoxməqsədli qırıcı təyyarələri ilə uçuşlar həyatə keçirib.Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin general-mayoru olan Zaur Rüstəmov xidməti dövründə dövlətimiz tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında paraddan keçən təyyarəçilərə öndərlik etmişdir. Azərbaycan Ordusunun və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlarda MiQ-29 tipli çoxməqsədli qırıcı təyyarə ilə tək şəkildə nümayiş etdirdiyi yüksək manevr fiqurları hər kəsin diqqətini cəlb edib.

Z. Rüstəmov 2022-ci ilin may ayında Bakıda keçirilən "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn "Baykar Texnologiya"nın rəhbəri Selçuk Bayraktar ilə birlikdə Azarbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçuş edib. Belə ki, S. Bayraktarı uçuş zamanı pilot polkovnik Zaur Rüstəmov müşayiət edib.

25 iyun 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Zaur Rüstəmova general-mayor ali hərbi rütbəsi verilmişdir.

7 noyabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunmuşdur.

İngilis,rus,türk dillərini bilir.

Təltif və mükafatları

  • "Qarabağ" ordeni — 9 dekabr 2020
  • 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 25 iyun 2025
  • "Vətən uğrunda" medalı — 25 iyun 2018
  • "Cəbrayılın azad olunmasına görə" medalı — 24 dekabr 2020
  • "Füzulinin azad olunmasına görə" medalı — 25 dekabr 2020
  • "Ağdamın azad olunmasına görə" medalı — 29 dekabr 2020
  • 2-ci dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
  • 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
  • 1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı
  • 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı
  • 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı
  • "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı
  • "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 31, 2026

    Gülarə Əliyeva

  • Mart 30, 2026

    Hacı Ramil

  • Aprel 05, 2026

    Eldar İsmayıl

  • Aprel 04, 2026

    Murtuz Ələsgərov

  • Aprel 02, 2026

    Ana səhifə

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst