Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nazim Ağalar oğlu Əliverdibəyov (24 avqust 1926, Bakı – 16 fevral 1986, Bakı) — Azərbaycan bəstəkarı.

Nazim Əliverdibəyov

  • Ana Səhifə
  • Nazim Əliverdibəyov

Nazim Ağalar oğlu Əliverdibəyov (24 avqust 1926, Bakı – 16 fevral 1986, Bakı) — Azərbaycan bəstəkarı.

Nazim Əliverdibəyov
Ümumi məlumatlar
Doğum tarixi 24 avqust 1926(1926-08-24)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 16 fevral 1986(1986-02-16) (59 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Ağalar bəy Əliverdibəyov
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, film bəstəkarı, opera bəstəkarı
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 19591959

Mündəricat

Həyatı

Nazim Əliverdibəyov 1926-cı ildə anadan olub. Bəstəkar, həm də kino bəstəkarı, musiqi redaktoru olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1951–1985-ci ildə Bülbül adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir.

1964–1985-ci illərdə Bülbül adına orta ixtisas məktəbinin direktoru olub. Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" və "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirmişdir. Üzeyir Hacıbəyovun nəşr edilmiş "Leyli və Məcnun" (1983) və "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olmuşdur.

  • Bəstəkar Üzeyir Hacıbəyovun dayısı oğludur.
  • Musiqişünas Ağalar Əliverdibəyovun oğludur.
  • Skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın qardaşıdır.

Nazim Əliverdibəyov 16 fevral 1986-cı ildə Bakıda vəfat etmişdir.

Əsərləri

Balet
  • Muğam (1972)
İnstrumental
  • Orqan üçün Bayatı Şiraz
  • Orqan üçün İçərişəhər lövhələri
  • Kanon üzrə bəstələnmiş elegiya
Vokal-instrumental əsərləri
  • Babək Niftəliyev — Xor üçün yazılmış Bayatı-şiraz muğamı üstə xalq mahnısı "Aman ovçu"
  • Firudin Mehdiyev — "Ey gülüm" romansı — sözləri:İmadəddin Nəsimi
Opera
  • Cırtdan (1978)
Musiqili komediya
  • "Nazxanım naz eləyir" (1974) — Məhərrəm Əlizadə ilə birgə

Mükafatları

  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

Filmoqrafiya

  • Bizim küçənin oğlanları (film, 1973)
  • Çarvadarların izi ilə (film, 1974)
  • Gilas ağacı (film, 1972)
  • Göllərin tacı (film, 1966)
  • Mənim Xəzərim (film, 1970)
  • Münəccimin şagirdi (film, 1983)
  • Üzeyir ömrü (film, 1981)
  • Vulkana doğru (film, 1977)
  • Yaxşı qurtardıq (film, 1985)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 05, 2026

    Tofiq Fikrət

  • Mart 26, 2026

    Versal sülh müqaviləsi

  • Mart 27, 2026

    Monqolların Azərbaycana ilk yürüşü

  • Mart 26, 2026

    Qafqaz Albaniyası

  • Mart 27, 2026

    İbrahim Rəisi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst