| Niderland Krallığı | |||||
|---|---|---|---|---|---|
| nid. Koninkrijk der Nederlanden | |||||
| |||||
| |||||
![]() | |||||
| Rəsmi dili | Niderland dili | ||||
| Paytaxt | Amsterdam | ||||
| İdarəetmə forması | konstitusiyalı monarxiya | ||||
| • Əhali |
| ||||
| Valyuta | avro, Aruba florini, ABŞ dolları | ||||
| İnternet domeni | .nl | ||||
| ISO kodu | NL | ||||
| Telefon kodu | +31 | ||||
| Saat qurşaqları |
| ||||
| Nəqliyyatın yönü | sağ[d] | ||||
Niderland Krallığı (nid. Koninkrijk der Nederlanden) və yaxud da digər adı ilə Hollandiya Krallığı — Qərbi Avropa və Karib hövzəsində toprağı olan bir suveren dövlət və konstitusiyalı monarxiya. Aruba, Kürasao, Niderland və Sint-Marten olmaq üzrə dörd ölkədən ibarətdir. Ancaq reallıqda, krallığın işlərinin çoxunu əhalisinin və sahəsinin 98 %-ini təşkil edən Niderland idarə etməkdədir. Bu səbəbdən digər üç ölkə, müəyyən qədər öz parlamentləri vasitəsilə muxtar olsa da xarici siyasət və müdafiə məsələlərində Niderlanddan asılıdırlar.
Niderlandın torpaqlarının çoxu Avropadadır. Yalnız Niderlanda aid 3 özəl bələdiyyədən – Boneyr, Sint-Estatius və Sabadan ibarət Karib Niderlandı ərazisi Karib dənizindədir. Aruba, Kürasao və Sint-Marten də Karib dənizindədir.
Krallığın xronologiyası
| Dövr | Ölkələr | Dəyişikliklər |
|---|---|---|
| 1954-1975 |
| Niderland Krallığı Xartiyası imzalandı. |
| 1975-1986 |
| Surinam müstəqilliyini əldə etdi və Surinam Respublikası oldu. |
| 1986-2010 |
| Aruba Niderland Antil adalarından ayrıldı və ayrı bir ölkə oldu. |
| 2010-günümüz |
| Niderland Antil adaları dağıldı. Karib Niderlandı Niderlandın özəl bələdiyyəsi olarkən Kürasao və Sint-Marten də ayrı ölkə oldular. |
Qeydlər
- Krallığın bir parçası olan Niderland ilə qarışdırılmamalıdır.
- Əlifba sırasına görə dövlətlər
- 1815-ci ildə yaranmış dövlətlər və ərazilər
- Niderland krallığı
- Avropa İttifaqına üzv dövlətlər
- BMT üzvü olan ölkələr
- Aralıq dənizi İttifaqına üzv dövlətlər
- NATO üzvü olan ölkələr
- Konstitusiyalı monarxiyalar

![Gerb[d]](/uploads/wikipedia/b2e69f83cd01f2213f7fc5bdc46053eb.png)
