| Nəbi Hüseynov | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Qazax rayonu, Azərbaycan |
| Vəfat tarixi | |
| Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
| Dəfn yeri | Qazax rayonu, Azərbaycan |
| Vətəndaşlığı | |
| Təhsili |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Müdafiə Nazirliyi |
| Qoşun növü | |
| Xidmət illəri | 2014—2020 |
| Rütbəsi | |
| Döyüşlər | • Qarabağ müharibəsi (2020)
|
| Təltifləri | |
Nəbi Hacıbala oğlu Hüseynov (9 iyul 1992, Birinci Şıxlı, Qazax rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı
Nəbi Hacıbala oğlu Hüseynov 1992-ci il, iyulun 9-da Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub.
2007-ci ildə M. Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbindən, 2010-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseydən məzun olub.
2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları fakultəsində təhsil alıb. 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 23 iyun 2014-cü tarixli əmri ilə "leytenant" hərbi rütbəsi, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 7 avqust 2017-ci il tarixli əmri ilə "baş leytenant" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 6 il ərzində dağ-atıcı taborun minaatan batareyasının minaatan taqımının komandiri - batareyanın baş zabiti, motoatıcı taborun (BTR-82A) minaatan batareyasının minaatan taqımının komandiri - batareyanın baş zabiti, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun baş kəşfiyyatçısı, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ zirvələri istiqamətində gedən xüsusi əməliyyata, həmçinin Cəbrayılın, Hadrutun və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 9-da Füzuli rayonu ərazisində döyüş tapşırığının icrası zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Subay idi.
- 9 iyulda doğulanlar
- 1992-ci ildə doğulanlar
- 28 yaşında vəfat edənlər
- 9 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Heydər Əliyev adına Hərbi İnstitutun məzunları
- Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinin məzunları
- Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantları
- "Qarabağ" ordeni ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Birinci Şıxlıda doğulanlar
- Füzuli rayonunda vəfat edənlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
