| Oleq Əmirbəyov | |
|---|---|
| Oleq Arnoldoviç Əmirbəyov | |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR |
| Milliyyəti | azərbaycanlı |
| Vətəndaşlığı | |
| Həyat yoldaşı | Fidan Əmirbəyova |
| Atası | Arnold Xarçenko |
| Anası | Rita Əmirbəyova |
| Fəaliyyəti | Aktyor, teleaparıcı, |
| Fəaliyyət illəri | 2010–h.h. |
| Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
| Mükafatları | |
Oleq Əmirbəyov (tam adı: Oleq Arnoldoviç Əmirbəyov ; d. 16 dekabr 1986, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan teatr və kino aktyoru, televiziya aparıcısı, jurnalist, Azərbaycanın əməkdar artisti (2021). Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru (2026).
Həyatı
Oleq Arnoldoviç Əmirbəyov 16 dekabr 1986-cı ildə Bakı şəhərində Azərbaycanın əməkdar artistləri Arnold Xarçenko və Rita Əmirbəyovanın ailəsində anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini dram rejissorluğu ixtisası ilə bitirmişdir. 2010-cu ildən bəri Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. O, həmçinin «AzTv» və «Mədəniyyət» kanallarında televiziya aparıcısı olaraq çalışmışdır. Buna əlavə olaraq, Əmirbəyov 2008-2009-cu illərdə «Mir» telekanalının müxbiri vəzifəsində çalışmışdır. 14 fevral 2026-cı ildə mədəniyyət naziri müvafiq əmri ilə Oleq Əmirbəyov Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.
Şəxsi həyatı
Evlidir. Cəmil adlı bir oğlu var.
Mükafatları
17 mart 2021-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya
- Sübhün səfiri (film, 2012)
- Ən sadə soyad (film, 2012)
- Ağabəyovlar (film, 2012-2014)
- Mən evə qayıdıram (film, 2014)
- Tağıyev. Çar (film, 2025)
- Yaşayan insanlar
- 16 dekabrda doğulanlar
- 1986-cı ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar artistləri
- Əlifba sırasına görə film sənətçiləri
- Bakıda doğulanlar
- Azərbaycan aktyorları
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- Rusəsilli azərbaycanlılar
- XXI əsr Azərbaycan aktyorları
- Azərbaycan jurnalistləri
- Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri