| Paradağ silsiləsi | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 3825,9 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Rayon |
|
Paradağ silsiləsi — Ordubad rayonu ərazisində silsilə. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə zirvəsindən (3825,9 m) ayrılan və cənub-qərb istiqamətdə 8 km-dən artıq məsafəyə uzanan qoldur. Yamacları dik, suayırıcısı sıldırımlıdır. Şimal-şərq hissəsində Mehri-Ordubad batolitinin turş intruziv kütlələrindən, cənub-qərbdə isə Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Ordubad rayonu ərazisində Paradağ silsiləsinin yerli əhali arasında işlədilən başqa adı Pərdükdağ silsiləsidir.
Həmçinin bax
- Gədikdağ
- Alçalıdağ
- Xarxat dağı
- Xəzəryurd dağı
- Əyridağ
- Pilələr dağı
- Əlifba sırasına görə dağlar
- Ordubad rayonunun dağları
- Azərbaycanda dağ zirvələri