Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Gündüz bəy (d. 1245? – ö. 1299 İnəgöl) — Oğuz türklərinin Bozox tayfa ittifaqının Qayı tayfasından olan Ərtoğrul Qazi ilə Həlimə Xatunun böyük oğludur. O, Osman

Gündüz bəy

Vikipediya, azad ensiklopediya
Gündüz bəy
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1245(1245)
Doğum yeri
Vəfat tarixi 1299(1299) (53–54 yaşında)
Vəfat yeri
  • İnegöl[d], Bursa ili, Türkiyə
Dəfn yeri
  • İnegöl[d]
Atası Ərtoğrul Qazi
Anası Həlimə Xatun
Uşaqları
Gündüz bəyin məzarı (2011)

Gündüz bəy (d. 1245? – ö. 1299 İnəgöl) — Oğuz türklərinin Bozox tayfa ittifaqının Qayı tayfasından olan Ərtoğrul Qazi ilə Həlimə Xatunun böyük oğludur. O, Osmanlı imperiyasının banisi olan I Osmanın böyük qardaşıdır.

Əskişəhərdə sancaqbəyi olmuşdur. O, həm də Osmanlı imperiyasının ilk subaşısıdır. Aydoğdu bəy və Aktemur bəy adlı iki övladı olmuşdur.

Gündüz bəy 1299-cu ildə baş vermiş olan İnəgölün tutulması zamanı vəfat etmişdir.

Populyar mədəniyyətdə yeri

1988-ci ildə TRT 1-də yayımlanmış olan Türk serialı "Kuruluş Osman"da Eşref Kolçak tərəfindən canlandırılmış, 2014-2019-cu illər arasında yenə də TRT 1-də yayımlanmış olan, Diriliş Ərtoğrul serialında isə uşaqlıq dövrünü Yaman Tümen, gənclik dövrünü isə Arif Diren canlandırmışdır.

Axırıncı dəfə isə, hal-hazırda ATV -də yayımlanmış olan Quruluş Osman adlı serialda isə Emre Başalak tərəfindən canlandırılmışdır.

Həmçinin baxın

Üst