Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Parakənd — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qan

Parakənd (Lənkəran)

Vikipediya, azad ensiklopediya
Parakənd
Ölkə  Azərbaycan
Rayon Lənkəran rayonu
Bələdiyyə sədri Gülşən Sultanova
Tarixi və coğrafiyası
Sahəsi 3,4957 km²
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 1.498 nəfər (2024)
Milli tərkibi azərbaycanlılar, talışlar

Parakənd — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lənkəran rayonunun Hirkan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Parakənd kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.

Əhalisi

Parakənd kəndinin əhalisi 1 yanvar 2024-cü il tarixində 1.498 nəfərə çatmışdır. Əhalinin milli tərkibini əsasən azərbaycanlılar və talışlar təşkil edir.

Coğrafiyası və iqlimi

Kənd Lənkəran rayonunun cənub ucqar nöqtəsində yerləşir və Astara rayonuna keçid buradandır. Kənd həmçinin Qərbdən Talış dağları ilə əhatə olunmuşdur.

Təhsil

Kənddə Mikayıl Nəzərov adına tam orta məktəb fəaliyyət göstərir.

Həmçinin bax

Üst